DOI: https://doi.org/10.36719/2663-4619/96/33-37
Leyla Qocayeva
Azərbaycan Dillər Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-9936-364X
UOT CODE:82
leyla_qocayeva@inbox.ru
ƏDƏBİ DİSKURSUN XARAKTERİK XÜSUSİYYƏTLƏRİ
Xülasə
Ümumilikdə diskursun, xüsusən də ədəbi-bədii diskursun tədqiqinin əhəmiyyəti və aktuallığı əsaslandırılır. Müasir dilçilik elmində ədəbi-bədii diskurs anlayışının dərk edilməsinin nəzəri məsələləri işıqlandırılır, diskursun və mətnin öyrənilməsi sahəsində müxtəlif elmi konsepsiyaların icmalı verilir. Burada diskursun əvvəlki tədqiqatlarının nəticələri təhlil edilir, təsvirin ümumi elmi əsasları qurulur və diskursun strukturu araşdırılır. Elmi ədəbiyyatın təhlilinin nəticələrinə əsasən ədəbi-bədii diskursun şərhi müxtəlif daxili və xarici amillərlə şərtlənən bədii kommunikasiya prosesinin linqvistik təcəssümünü, habelə reallığı yazıçı tərəfindən subyektiv qiymətləndirilməsini sintez edən bədii mətn kimi verilir. Qeyd olunur ki, bu subyektivliyin mərkəzində həmişə açıq və ya daha çox dolayı olaraq yazıçının oxucu auditoriyasına koqnitiv yönümlü təsiri durur. Tədqiqatda həmçinin ədəbi-bədii diskursun onu digər diskurs növlərindən fərqləndirən spesifik xüsusiyyətləri müəyyənləşdirilir, yazıçının və cəmiyyətin müəyyən məkan-zaman kontinumunda mədəni kodlarının təmsilçisi kimi bədii diskursun strukturunu təşkil edən dil və idrak vahidləri analiz olunur. Həm dil parametrlərinin, həm də müəllifin düşüncə və şüur parametrlərinin reallaşdığı ədəbi-bədii diskursun dualistik mahiyyəti barədə nəticə çıxarılır, habelə ədəbi-bədii diskursun tərkibində müxtəlif diskurs növlərinin qarşıqlıqlı nüfuz etməsi üzə çıxarılır.
Açar sözlər: epik nümunə, diskurs, blok sxem, semiotika, mətn
Leyla Gojayeva
Azerbaijan University of Languages
PhD in philology
https://orcid.org/0000-0002-9936-364X
UOT CODE:82
leyla_qocayeva@inbox.ru
The characteristic features of the literary discourse
Abstract
Generally, the importance of the literary discourse is very actual nowadays. In modern linguistics the meaning and the theoretical issues of the literary discourse are highlighted. In this article the author gives scientific analysis of the relation between the text and the discourse. The general scientific basis of the article is described and the structure of the discourse is determined. Based on the results of the analysis of the scientific literature, the interpretation of the literary discourse is given as an artistic text that synthesizes the linguistic embodiment of the literary communication process conditioned by various internal and external factors, as well as subjective assessment of the reality by the writer. It is clear that there is a cognitive-oriented effect between the writer and the reader. A conclusion is made about the dualistic nature of literary-artistic discourse, where both the language parameters and the author’s thoughts and consciousness parameters are realized.
Keywords: epic poetry, discourse, block diagram, semiotics, text