DOI: https://doi.org/10.36719/2707-1146/39/16-19
Rübayə Əbilova
Azərbaycan Tibb Universiteti
biologiya üzrə fəlsəfə doktoru
Firəngiz Quliyeva
Azərbaycan Tibb Universiteti
biologiya üzrə fəlsəfə doktoru
fquliyeva1@amu.edu.az
Gülnarə Cəfərova
Azərbaycan Tibb Universiteti
biologiya üzrə fəlsəfə doktoru
xeyalcafarov4@gmail.com
ŞƏKƏRLİ DİABETİN PATOGENEZİNDƏ ŞAXƏLİ AMİN
TURŞULARININ ƏHƏMİYYƏTİ
Xülasə
Hal-hazırda şəkərli diabet (ŞD) endokrin sistemi xəstəlikləri işərisində geniş yayılmasına, müxtəlif orqan və toxumalarda yaratdığı kliniki fəsadların ağırlıq dərəcəsinə görə aktual tibbi-sosial problem olaraq qalır. ŞD zamanı aminturşuların, xüsusilə də yan zənciri şaxəli olan aminturşuların metabolizmində ciddi dəyişikliklər baş verir. ŞD xəstələrində aminturşu metabolizminin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə eksperimental şəkərli diabet modeli yaradılmış 9 dovşanın qan plazmasında leysin, izoleysin və valin aminturşularının konsenrasiyası analiz edilmişdir. Dovşanlarda ŞD yaratmaq üçün alloksan-tetrahidrat nembutal (“Merk”) narkoz yolu ilə damar daxilinə yeridilmişdir. Alınan nəticələr göstərdi ki, leysinin, izoleysinin və valinin konsentrasiyası, müvafiq olaraq 55,2% (p<0,001), 32,9% (p=0,045) və 51,2% (p<0,001) kontrola nisbətən statistik əhəmiyyətli artmışdır.
Açar sözlər: şəkərli diabet, eksperimental dovşan modeli, leysin, izoleysin və valin
Rubaya Abilova
Azerbaijan Medical University
PhD in biology
Firangiz Guliyeva
Azerbaijan Medical University
PhD in biology
Gulnara Jafarova
Azerbaijan Medical University
PhD in biology
The importance of branched-chain amino acids in the pathogenesis of diabetes
Abstract
Currently, diabetes mellitus (DM) remains an actual medical and social problem due to its wide spread among endocrine system diseases, and the severity of clinical complications it causes in various organs and tissues. During DM, there are serious changes in the metabolism of amino acids, especially amino acids with branched side chains. İn the blood plasma of 9 rabbits created experimental diabetes model was analyzed the concentration of leucine, isoleucine and valine amino acids in order to study the characteristics of amino acid metabolism in DM patients. Alloxan-tetrahydrate nembutal ("Merck") was injected intravenously under anesthesia to induce DM in rabbits. The obtained results showed that the concentration of leucine, isoleucine and valine increased statistically significantly compared to the control by 55.2% (p<0.001), 32.9% (p=0.045) and 51.2% (p<0.001), respectively.
Keywords: diabetes mellitus, experimental rabbit model, leucine, isoleucine and valine