DOI: https://doi.org/10.36719/2707-1146/39/73-76
Fatma Şahbazova
“Dendrologiya bağı” Publik Hüquqi Şəxs
ALBİZA JULİBRİSSİN DURAZZ. NÖVÜNÜN ABŞERON ƏRAZİSİNDƏ
BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİNİN TƏYİNİ
Xülasə
Bitkilər müxtəlif ekoloji şəraitlərdə yaşamağa uyğunlaşmışdır. Onları səhradan tropik yağış meşələrinə qədər müxtəlif mühitlərdə görmək olar. Bitkilərin bioekoloji xüsusiyyətlərini təyin etmək və həmin xüsusiyyətlərə uyğun yetişdirmək onların həyat keyfiyyətini artırır, sağlam şəraitdə mövcud olmasına imkan verir. Ölkəmizin iqlim şəraitində inkişaf edən bir sıra dəyərli, relikt bitki növləri vardır. Tədqiqat obyekti olaraq seçilmiş Albizia julibrissin Durazz. bitkisi də onlardan biridir. Azərbaycanda əsasən Talış ərazisində geniş yayılmış növ “Lənkəran akasiyası”, “İpək akasiya”, “Güləbrişin” kimi də tanınır. Abşeronda yerləşən Dendrologiya bağı ərazisində bu qiymətli bitkinin bioekoloji xüsusiyyətləri öyrənilmişdir.
Açar sözlər: Albizia julibrissin Durazz., relikt bitki, bioekoloji xüsusiyyətlər, dekorativ bitki, dərman bitkisi
Fatma Shahbazova
"Garden of Dendrology" Public Legal Entity
Determination of bioecological characteristics of the species Albizia julibrissin Durazz.
in the Absheron area
Abstract
Plants are adapted to live in different environmental conditions. They can be found in a wide range of environments, from deserts to tropical rainforests. Determining the bioecological characteristics of plants and growing them according to those characteristics increases their quality of life and allows them to exist in healthy conditions. There are a number of valuable, relic plant species that develop in the climatic conditions of our country. Albizia julibrissin Durazz plant was selected as the research object that is one of them. It is also known as "Lankaran acacia", "Silk acacia", and "Gulabrishin", which is widespread in Azerbaijan, mainly in Talish territory. The bioecological characteristics of this valuable plant were studied in the garden of Dendrology located in Absheron.
Keywords: Albizia julibrissin Durazz., relict plant, bioecological features, decorative plant, medicinal plant