Arxiv
2024 2023 2022 2021 2020 2019 Arxiv

DOI: https://doi.org/10.36719/2707-1146/41/7-14

Lalə Rüstəmova

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

tibb üzrə fəlsəfə doktoru

lala.rustamova.1967@mail.ru

Süleyman Məmmədov

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

suleyman.mamedov.54@mail.ru

Fəridə Heydərova

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu 

tibb üzrə fəlsəfə doktoru

fheyderova@inbox.ru

Nurlana Atakişiyeva

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

nurlaneatakishiyeva@gmail.com

Səbinə İsmayılova

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

ismayilovasabine994@gmail.com


BAKI ŞƏHƏRİNDƏ COVİD-19 PANDEMİYASI FONUNDA YUXARI TƏNƏFFÜS YOLLARININ ÇOXSAYLI VƏ YA QEYRİ-MÜƏYYƏN LOKALİZASİYALI KƏSKİN İNFEKSİYALARININ BƏZİ EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ

 

Xülasə

ÜST məlumatına əsasən bütün yoluxucu xəstəliklərin 90-95%-i müxtəlif etiologiyalı kəskin respirator virus infeksiyaları və qripin payına düşür. Tədqiqat işinin məqsədi Bakı şəhərinin rayonlarında Covid-19 pandemiyası dövründə yuxarı tənəffüs yollarının çoxsaylı vəya qeyri-müəyyən lokalizasiyalı kəskin infeksiyalarının bəzi epidemioloji xüsusiyyətlərinin öyrənilməsidir. Bakı şəhərinin rayonları üzrə yuxarı tənəffüs yollarının ÇQML kəskin infeksiyaları ilə xəstələnmənin intensiv (hər 1000nəfər əhali %), və ekstensiv(%0) göstəriciləri təyin edilmişdir. Tədqiqat dövrü ərzində 2020-2022-ci illər üçün Bakı şəhərinin 12 rayonunda (Binəqədi, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Pirallahı, Nizami, Səbail, Sabunçu, Suraxanı, Yasamal, Xətai) yuxarı tənəffüs yollarının YTY ÇQML kəskin infeksiyaları ilə xəstələnmə haqqında statistik məlumatlar təhlil edilmiş, analitik epidemioloji təhlil mütləq göstəricilərin əhali arasında (0-17 yaş, o cümlədən 0-1 yaş, 1-4 yaş, 5-13 yaş, 14-17 yaş və 18 yaş və yuxarı), cinslər üzrə (qadınlar və kişilər), illər üzrə (2020-2022-ci illər) və il daxilində aylar üzrə (mövsümilik) qeydə alınma dinamikasının araşdırılmsı əsasında aparılmışdır.

2022-ci ildə Bakı şəhərində YTYÇQMLKİ ilə yoluxma səviyyəsi 2020-ci ilə nisbətən 2,5 dəfə yüksək olmuşdur. Xəstələnmə halları həm qadınlar,həm də kişilər arasında 2022-ci ildə orta hesabla 2 dəfə artıq qeydə alınmışdır. 3 il ərzində YTYÇQMLKİ ilə xəstələnmə göstəricilərinin 0-17 yaş qrupu ilə müqayisədə 18 yaşdan yuxarı yaş qrupunda yüksək olmuşdur. 

2020-ci ildə YTYÇQMLKİ ilə xəstələnmənin intensivlik göstərici hər 1000 nəfərə 29,53 nəfər olmaqla Səbail rayonunda (2,95%), 2021-ci ildə hər 1000 nəfərə 82,29 nəfər olmaqla Xəzər rayonunda (8,22%), 2022-ci ildə hər 1000 nəfərə 90,20 nəfər olmaqla Qaradağ rayonunda (9,02%) maksimal səviyyədə təyin edilmişdir. 

YTYÇQMLKİ ilə xəstələnmənin əraziyə görə risk amili Binəqədi, Xəzər və Yasamal rayonları qeyd olunur. 2020-ci ildə YTYÇQMLKİ ilə xəstələnmənin maksimal səviyyəsi Sabunçu rayonunda dekabr ayında, 2021-ci ildə Xəzər rayonunda dekabr ayında, 2022-ci ildə Yasamal rayonunda yanvar ayında müəyyən edilmişdir.

Açar sözlər: Covid-19, kəskin respirator xəstəliklər, kəskin respirator virus infeksiyaları, epidemik proses, risk amili


Lala Rustamova

  Scientific Research Institute of Medical Prophylaxis 

named after V.Y.Akhundov

PhD in medicine

lala.rustamova.1967@mail.ru

Suleyman Mammadov

  Scientific Research Institute of Medical Prophylaxis 

named after V.Y.Akhundov

suleyman.mamedov.54@mail.ru

Farida Heydarova

  Scientific Research Institute of Medical Prophylaxis 

named after V.Y.Akhundov

PhD in medicine

fheyderova@inbox.ru

Nurlana Atakishiyeva

  Scientific Research Institute of Medical Prophylaxis 

named after V.Y.Akhundov

nurlaneatakishiyeva@gmail.com

Sabina Ismayilova

  Scientific Research Institute of Medical Prophylaxis 

named after V.Y.Akhundov

ismayilovasabine994@gmail.com


Some Epidemiological characteristics of multiple or unspecific localized acute infections 

of the upper respiratory tract against the background of the COVID-19 pandemic 

in the city of Baku


Abstract

According to the WHO, 90-95% of all infectious diseases are acute respiratory viral infections of various etiologies and influenza. The purpose of the research work is to study some epidemiological characteristics of acute infections of the upper respiratory tract with multiple or uncertain MULAIURT localization during the Covid-19 pandemic in the regions of Baku. Intensive (per 1000 population %) and extensive (0%) indicators of morbidity with acute upper respiratory tract infections were determined in the regions of Baku. During the research period, for the years 2020-2022, in 12 districts of Baku city (Binagadi, Khazar, Garadag, Narimanov, Nasimi, Pirallahi, Nizami, Sabail, Sabunchu, Surakhani, Yasamal, Khatai), statistics on morbidity with acute upper respiratory tract infections data were analyzed, analytical epidemiological analysis of absolute indicators among the population (0-17 years, including 0-1 years, 1-4 years, 5-13 years, 14-17 years and 18 years and older), by gender (women and men), was conducted based on the study of the dynamics of registration by years (2020-2022) and by months (seasonality) within the country.

In 2022, the level of infection with MULAIURT in Baku was 2.5 times higher than in 2020. In 2022, the number of cases was already twice as high among both women and men. In 3 years, the incidence rates of MULAIURT were higher in the 18-year-old age group compared to the 0-17 age group.

In 2020, the intensity indicator of the incidence of MULAIURT was 29.53 people per 1000 people in Sabail region (2.95%), in 2021 it was 82.29 people per 1000 people in Khazar region (8.22%), in 2022 90.20 people per 1000 people per year was set at the maximum level in Garadag district (9.02%).

Binagadi, Khazar and Yasamal regions are the regional risk factor for getting sick with MULAIURT. In 2020, the maximum level of morbidity with MULAIURT was determined in December in Sabunchu district, in December in Khazar district in 2021, and in January in Yasamal district in 2022.

Keywords: Covid-19, acute respiratory diseases, acute respiratory viral infections, epidemic process, risk factor


MƏQALƏNİ YÜKLƏ [741.63 Kb] (yüklənib: 25)


Baxış: 257
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az