Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/101/287-291

Musa Hüseynov

      Fövqəladə Hallar Nazirliyi 

Gəncə Regional Mərkəzi

[email protected]


ŞİMAL REGİONU ÜZRƏ FƏALİYYƏT GÖSTƏRƏN QUM-ÇINQIL 

KARXANALARININ EKOLOJİ MÜHİTƏ TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 


Xülasə

Məqalədə şimal regionu üzrə qum-çınqıl karxanalarının fəaliyyəti nəticəsində ekoloji mühitə göstərilən təsirlərdən bəhs edilir. Qum-çınqıl karxanaları müəssisələrində istismar zamanı norma və qaydalara riayət edilmədiyindən, gətirilən materialla götürülən material arasında balans pozulduğundan, o cümlədən çayın yuxarı axarında gətirmə materialların yığılması səbəbindən çay yatağının kəskin erroziyaya məruz qalması, ekoloji tarazlığın pozulması, çaylarda dərin yarğanlar əmələ gəlməsi və infrastruktur obyektlərinə dəymiş mənfi təsirlərdən bəhs edilir. İstehsalat zərərlərinin kifayət qədər olması, qum-çınqıl karxanalarında baş verən qayda pozuntularının birbaşa ekoloji mühitə böyük təsir göstərməsi qeyd edilir. Qum-çınqıl karxanalarının ekoloji mühitə göstərdiyi təsirlərin təhlili bu günə kimi aktual olaraq qalır.

İllər ərzində çay hövzələrində fəaliyyət göstərən karxanaların istismar qaydalarının tələblərinə zidd olaraq normadan artıq inert materialların götürülməsi nəticəsində respublikanın ekoloji təhlükəsizliyinə və infrastruktur obyektlərinə mənfi təsirləri daima olmuşdur. Çayların hövzəsində qum-çınqıl istismarı ilə məşğul olan karxanaların intensiv fəaliyyət göstərməsinin nəticəsində çay yatağının dərinləşməsi, çayların altından keçən kanalların dükerlərinin beton mühafizə qurğusunun (fiksatorun) özülünün yuyulması və qurğuların qəzalı vəziyyətə düşməsinə şərait yaradır. Karxanaların normativlərin sənədlərin tələblərinə riayət etməmələri səbəbindən çaylar öz məcrasını dəyişir və nəticədə hektarlarla torpaq sahəsi yuyularaq məhv olur, ekoloji tarazlıq pozulur, çayın flora və faunasına ciddi ziyan dəyir. Qum-çınqıl karxanalarında istismar norma və qaydalarına əməl edilməməsi nəticəsində ərazinin hidrogeoloji rejiminin pozulduğu, çayın məcrasının həddindən artıq genişləndiyi, çayın sahil xəttinin dayanıqlığının zəifləməsinə gətirib çıxardır.

Açar sözlər: ekoloji mühit, zərərlərin təhlili, ekoloji təsir, qayda pozuntuları, zərər


Musa Huseynov

  Ministry of Emergency Situations

  Ganja Regional Center

[email protected]


Assessment of the environmental impact of sand-gravel quarries operating 

in the northern region


Abstract

The article discusses the environmental impacts of sand and gravel mining operations in the northern region. Sand and gravel facilities are not regulated during operation, breakdown of the material supplied, including the collapse of the river bed. Erosion, disturbance of the ecological balance, formation of deep ravines in the rivers and negative impacts on the infrastructure. Sufficient production losses, violations of rules in the sand-gravel quarry have a direct impact on the environmental environment.

Over the years, the removal of inert materials exceeding the norm, contrary to the requirements of the operating rules of the quarries operating in the river basins as a result, there have always been negative effects on the ecological safety and infrastructure facilities of the republic. As a result of the intensive activity of the quarries engaged in the exploitation of sand and gravel in the river basin, the deepening of the river bed, the washing of the concrete protection device (fixer) of the canals passing under the rivers, and the conditions for the devices to fall into an emergency state. Due to the quarries' failure to comply with the requirements of the normative documents, the rivers change their course, and as a result, hectares of land are washed away and destroyed, the ecological balance is disturbed, and the flora and fauna of the river are seriously damaged. As a result of non-observance of norms and rules of operation in sand-gravel quarries, the hydrogeological regime of the area is disturbed, the river channel is excessively widened, and the stability of the river shoreline is weakened.

Keywords: environmental environment, damage analysis, environmental impact, rules violations, damage

MƏQALƏNİ YÜKLƏ [651,1 Kb] (yüklənib: 22)

Baxış: 53
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]