Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/102/133-138

Nicat Əlicanov

Qərbi Kaspi Universiteti

magistrant 

alijannijat@gmail.com


TURİZMDƏ İSTEHLAKÇI DAVRANIŞLARININ QƏRAR QƏBULUNA TƏSİRİ


Xülasə

İstehlakçı davranışına təsir edən amillər

 İnsanlar həm şəxsi həyatlarının, həm də peşəkar fəaliyyətlərinin hər mərhələsində daim qərarlar qəbul etməli olurlar. İstehlakçı davranışı fərdlərin, məhsul və xidmətlərin satınalınması ilə bağlı qərarlarını özündə ehtiva edən mürəkkəb bir prosesdir. Ümumiyyətlə, bu proses istehlakçıların satınalma ilə bağlı qərar qəbul etmələrini təmin etmək üçün əsas çərçivəni təyin edir. İstehlakçı bu prosesdən keçərkən, müxtəlif amillərlə, o cümlədən mədəni təsirlər, sosial mühit, şəxsi xüsusiyyətlər və psixoloji vəziyyət kimi amillərlə qarşılıqlı əlaqədə olur. Bu amillər istehlakçıların seçimlərinə, dəyərlərinə və satın alma qərarlarına öz təsirlərini göstərə bilərlər. Qərar onun keçmişlə davranışını və gələcəyə təsiredici nəticələrini əks etdirir. Gələcək, qərar qəbulu ilə bağlı bütün tədqiqatların əsasını təşkil edir. Çünki, gələcək qeyri-müəyyənliklərlə doludur. Qərar verən şəxs gələcəyin şərtlərini artıq bu gündən təxmin edir. Bu təxminə əsasən qərarverən qeyri-müəyyənliyi aradan qaldırmaqla doğru qərarlar verə bilər. Qərar nəticəsi bəlli olmayan gələcək hadisələri yaradan fəaliyyət formasıdır (Dinçer, Fidan, 1996). Beləki, qərar gələcəyə yönəlmiş bir hərəkətdir və davranışla birbaşa əlaqəlidir (Tosun, 1986). Bazarın qloballaşmasının meydana çıxması, alternativ məhsulların artması və pərakəndə satış kanallarının daha sürətli bir şəkildə reklam olunması istehlakçıların qərar vermələrini getdikcə çətinləşdirir (Wash, 2001). Yüksək səviyyədə inkişaf etmiş marketinq mühitinin formalaşması firmaların rəqabətdə üstünlüy əldə etmələrinin çıxış yolunu məhz  istehlakçının psixologiyasını nəzərə almaqda və birdə istehlakçının bu və ya digər qərarı qəbul etməsinin səbəbini anlamaqda görür. Marketinqin strukturunu və məzmununu kompleks şəkildə müəyyən edən istehlakçıdır.

Açar sözlər: turizm, istehlakçı davranışları, qərar qəbulu


Nijat Alijanov

Western Caspian University

master student

alijannijat@gmail.com


The effects of consumer behaviour on decision – making in tourism


Absract

People constantly have to make decisions at every stage of their personal lives as well as their professional activities. Consumer behavior is a complex process that encompasses decisions regarding the purchase of goods and services by individuals. Generally, this process establishes the fundamental framework to ensure consumers make purchase decisions. As consumers go through this process, they interact with various factors, including cultural influences, social environment, personal characteristics, and psychological state. These factors can influence consumers' choices, values, and purchasing decisions. Decisions reflect their past behavior and have consequential impacts on the future. Future, laden with uncertainties, constitutes the basis for all decision-making research. Because the future is uncertain, decision-makers already anticipate future conditions from today. Based on this anticipation, decision-makers can make informed decisions by eliminating uncertainty. Decision-making is a form of activity that creates uncertain future events (Dinçer, Fidan, 1996). Perhaps, decision-making is a future-oriented action and directly related to behavior (Tosun, 1986). The emergence of globalization of markets, the proliferation of alternative products, and the rapid advertising of retail channels increasingly complicate consumer decision-making (Wash, 2001). The formation of a highly developed marketing environment sees companies gaining competitive advantage precisely by considering consumer psychology and understanding the reasons behind whether consumers accept this or that decision. It is the consumer that intricately determines the structure and content of marketing.

Keywords: tourism, customer behaviour, decision-making

MƏQALƏNİ YÜKLƏ [696.57 Kb] (yüklənib: 29)

Baxış: 198
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az