Arxiv
2024 Zərifə İsmayıl qızı Avilova,
Zərifə Bayram qızı Məmmədova
Azərbaycan Tibb Universiteti
MONOLOJİ NİTQİN ÖYRƏNİLMƏSİNİN ƏSAS ASPEKTLƏRİ
Açar sözlər: nitqin növləri, monoloji nitq, nitq inkişafı, tədris
Key words: types of speech, monologue speech, speech development, teaching
Ключевые слова: виды речи, монологическая речь, развитие речи, преподавание
Nitq inkişafının tədris prosesində yer alması çox vacib bir məsələdəir. Xüsusi ilə ali təhsil müəssisələrində ana dilinin tədrisində nitq mədəniyyətinin inkişafı önəmlidir. Nitq mədəniyyətinin tədrisində onun iki növü üzərində xüsusi olaraq dayanmalı və tələbələrin hər iki növdə özünü sərbəst hiss etməsi əsas məqsəd kimi təyin olunmalıdır. Nitqin ifadə üsullarına, təzahür şəkillərinə, kommunikasiya məqsədinə, şəraitinə və s. əlamətlərə görə bir sıra növləri (şifahi nitq, yazılı nitq, rəsmi nitq, səhnə nitqi, danışıq nitqi, kütləvi nitq, ədəbi nitq, vasitəli nitq, vasitəsiz nitq, təşkil olunmuş və təşkil olunmamış nitq və s.) mövcuddur ki, onlar müəyyən cəhətlərinə görə bir-birindən fərqlənirlər. Danışan və dinləyənin nitq prosesində iştirakı həmişə eyni formada olmur. Bir nitq praktikasında danışan və dinləyən, demək olar ki, eyni dərəcədə fəaliyyət göstərir: sual verir, dinləyən cavab, danışan rəyini söyləyir, müsahib ona münasibətini bildirir. Başqa bir nitq formasında isə dinləyən ya ehtiyac, ya da imkanının olmaması üzündən müsahibinin danışığına müdaxilə etmir, münasibət göstərmir. Bu cür nitq monoloji nitqdir.
MƏQALƏNİ YÜKLƏ
[161.06 Kb] (yüklənib: 665)
Baxış:
10 122