Arxiv
2024 Oktay Etibar oğlu Əhmədov
Bakı Dövlət Universiteti
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏRLƏ MÜBARİZƏYƏ MÜASİR BAXIŞ
Açar sözlər: Beynəlxalq cinayətlər, sülh və insanlıq, hüquqi məsuliyyət, soyqırım, təhlükəsizlik, işgəncə
Key words: International crimes, peace and humanity, legal responsibility, genocide, security, torture
Ключевые слова: Международные преступления, мир и гуманность, юридическая ответствен-ность, геноцид, безопасность, пытки
Milli cinayət hüququ dövlətlərin daxili hüquq qaydasını cinayətkar əməllərdən qorumaq məqsədi daşıdığı halda, beynəlxalq cinayət hüququ bu hüququn müxtəlif sahələrini cinayətlərdən mühafizə etmək məqsədi daşıyır. Cinayətlərin beynəlxalqlıq xarakteri onların bir dövlətin yuristiksiyası ilə məhdudlaşmaması deməkdir. Beynəlxalq hüquq ədəbiyyatlarına nəzər salsaq, “sülh əleyhinə cinayətlər” və “insanlıq əleyhinə cinayətlər” elmi baxımdan bir-birindən fərqləndirilir. Bəzi mənbələrdə isə bu kateqoriya cinayətlər “sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər” adlandırılır. Bu cinayətlər üçün belə xarakteristika müəyyən edə bilərik ki, cinayətin tərkibini yaradan əməl əvvəlcədən planlaşdırılmalı və sistemli şəkildə həyata keçirilməlidir. Bu cür əməllərin törədilməsi onların dəfələrlə yerinə yetirilməsinə gətirib çıxara bilər. Bu tələb isə ümumi plan, dövlət siyasəti çərçivəsində yerinə yetirilmiş əməllərin təsadüfi hesab olunması fikrini alt-üst edir, yəni əvvəlcədən planlaşdırılmış hər hansı bir əməl təsadüfi sayılmamalıdır. Bundan başqa isə, qeyri-insani əməl geniş miqyasda törədilməlidir. Eyni zamanda, bu cinayətin törədilməsi şəxsin öz təşəbbüsü ilə həyata keçirilməlidir.
MƏQALƏNİ YÜKLƏ
[147.71 Kb] (yüklənib: 57)
Baxış:
881