DOI: https://doi.org/10.36719/2789-6919/57/67-73
Əli Qasımov
Naxçıvan Müəllimlər İnstitutu
https://orcid.org/0009-0003-9826-3553
aliisa666@yahoo.com
İngilis dili frazeoloji vahidlərində semantik dəyişmələr
Xülasə
Məqalədə ingilis dili frazeoloji vahidlərində baş verən semantik dəyişmələr araşdırılır. Frazeoloji vahidlərin mənaca sabitliyi onların əsas xüsusiyyətlərindən biri hesab edilsə də, dilin dinamik inkişafı nəticəsində bu vahidlər müxtəlif semantik transformasiyalara məruz qalır. Tədqiqatda semantik genişlənmə, daralma, metaforik və metonimik dəyişmələr, eləcə də kontekstual yenidənşərh kimi proseslər təhlil edilir. Müasir ingilis dili materialları əsasında aparılan araşdırma frazeoloji vahidlərin yeni kommunikativ şəraitdə funksional və semantik baxımdan necə dəyişdiyini göstərir. Məqalə frazeologiyanın semantik inkişaf mexanizmlərinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Açar sözlər: frazeoloji vahidlər, semantik dəyişmə, metaforik məna, kontekst, ingilis dili