DOI: https://doi.org/10.36719/2789-6919/44/42-46
Pərvin Həsənova
Azərbaycan Dillər Universiteti
https://orcid.org/0009-0006-1234-4160
prvinhsnova4@.gmail.com
İngilis ədəbiyyatında magik realizm prinsiplərindən istifadənin xüsusiyyətləri
Xülasə
Müasir ingilis nəsrinin tədqiqində diqqətimizi çəkən məsələlərdən biri də onun zəngin üslublara malik olmasıdır. Gerçək həyat təsvirlərini yeni janrda təcəssüm etdirən yazıçılar realizmi fərqli tərzdə - ifrat həddə təsvir etməyə başladılar. Üslub fantastikadan fərqli və daha çox postekspressionizmi xatırladırdı. Həqiqi olan, lakin dərk olunsa belə, təəccüb doğurmadan həyat həqiqətlərinin təsviri, ingilis ədəbiyyatından öncə Qərbi Avropa sənətkarlarının yaradıcılığında rast gəlinən idi. Romanın vacib bir elementi erotizmdir. Faulz yaradıcılığının hər mərhələsində özünü romantik və həssas həll olunmayan və cəlbedici iyrənc və eyni zamanda cəsarətli erotikası ilə cəlb edir. Erotika, mifologiya və yaradıcının təbiəti haqqında düşüncələr məşhur yazıçının romanında bir-biri ilə sıx əlaqəlidir. Əsərdə ilham pərisi olan Erato müxtəlif rollarda qarşımıza çıxaraq oxucunu çaşdırır, ancaq əsəri oxuduqca bizə aydın olur ki, əslində bütün danışan qadın obrazları elə Eratonun özü, Mayls Qrinin isə təxəyyülüdür. O gah Mayls Qrinin erotik üsulla basdırılmış hisslərini ortaya cıxaran Doktor Delfi, gah boşboğaz, gah meşə şahzadəsi, gah geyşa kimi oxucuların qarşısına çıxır. Kitabı sona qədər oxuduqdan sonra başa düşülməsinə baxmayaraq, romanın başlığı onun süjetini, aparıcı ideyasını maksimum dəqiqliyi ilə əks etdirir. Oxucuya gəldikdə, oxucu əsərdə özünü kənar adam kimi hiss etməyi buraxır və bu oyunun iştirakçılarından birinə çevrilir. Romandan hər kəs özünə aid bir şey götürə bilər.
Açar sözlər: realizm, postmodernizm, Con Faulz, erotika, fantastika, mistik keyfiyyətlər, sürrealizm