İnvestisiya mühitinin biznes infrastrukturunun inkişafina təsiri: müasir yanaşmalar və perspektivlər
Salatın Dəmirova
Xülasə. Müasir iqtisadi şəraitdə investisiya mühiti biznes infrastrukturunun inkişafına təsir göstərən əsas amillərdən biri kimi çıxış edir. Əlverişli investisiya mühiti sahibkarlıq subyektlərinin fəaliyyət imkanlarını genişləndirir, istehsal və xidmət sahələrində yeni layihələrin həyata keçirilməsinə şərait yaradır, həmçinin, ölkədə rəqabətqabiliyyətli biznes ekosisteminin formalaşmasını sürətləndirir. Biznes infrastrukturu nəqliyyat, logistika, enerji, maliyyə-bank xidmətləri, sənaye parkları, texnoparklar, biznes inkubatorları və rəqəmsal platformalar kimi sahələri əhatə etdiyindən investisiya axınlarının bu istiqamətlərə yönəldilməsi iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Tədqiqat mövzusunun aktuallığı ondan ibarətdir ki, müasir dövrdə yalnız kapital qoyuluşlarının həcmi deyil, həm də investisiyaların səmərəli idarə olunması, innovativ texnologiyalara yönəldilməsi və dayanıqlı inkişaf prinsipləri əsasında həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. İnvestisiya mühitinin yaxşılaşdırılması biznes subyektləri üçün maliyyə resurslarına çıxışı asanlaşdırır, regionlarda iqtisadi fəallığı artırır və qeyri-neft sektorunun inkişafına təkan verir. Nəticədə, biznes infrastrukturunun modernləşməsi, yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın diversifikasiyası üçün geniş imkanlar formalaşır.
Açar sözlər: investisiya mühiti, biznes infrastrukturu, sahibkarlıq, iqtisadi inkişaf, qeyri-neft sektoru, innovasiya, rəqabətqabiliyyətlilik