DOI: https://doi.org/10.36719/2789-6919/48/60-65
Nərgiz Qafarlı
Bakı Dövlət Universiteti
doktorant
https://orcid.org/0009-0004-8225-8976
qafarli18@bk.ru
İraqın üləma ailəsi Şirazilərin İranla münasibətlərdə rolu
Xülasə
İran İslam Respublikasının şiəliyi dövlət ideologiyasına çevirməsi və dövlətin şiə məzhəbinə əsaslanan fiqhi qaydalar ilə idarə olunması eyni ənənəyə əsaslanan müxtəlif güc mərkəzləri arasında rəqabəti daha da gücləndirdi. Bu güc mərkəzlərinin ən mühümlərindən biri də ənənəvi yanaşma ilə seçilən Şirazi hərəkatıdır. İslam inqilabından sonrakı dövrdə Xomeyninin bütün dini və siyasi hakimiyyəti “vilayəti-fəqih” adlı rəhbər prinsipi altında cəmləməsi şiəliyin ənənəvi hakimiyyət ins-titutu olan mərcəliyə meydan oxumaq kimi qəbul edildi. Beləliklə, ənənəvi iqtidar anlayışı ilə zid-diyyət təşkil edən vilayət-i fəqih anlayışı üzərində qurulan rejim, siyasi şiəliyi qəbul edən, lakin mövcud nizama qarşı çıxan bir hərəkatla üzləşir.
Açar sözlər: İran, şiəlik, Şirazi Hərəkatı, Şirazilər, vilayəti-fəqih, mərcəlik