DOI: https://doi.org/10.36719/2663-4619/117/44-47
Seymur Muxtarlı
Bakı şəhəri, Azərbaycan
https://orcid.org/0009-0008-0680-2246
muxtarliseymur.13@gmail.com
İşə qəbul prosesində suni intellektin rolu və etik məsələlər
Xülasə
Son illərdə süni intellekt (SI) texnologiyalarının inkişafı işə qəbul proseslərini köklü şəkildə dəyişdirib. Ənənəvi işə qəbul üsullarının məhdudiyyətləri, zaman və resurs itkisi ilə yanaşı, subyektiv qərarvermə riskləri, süni intellektin tətbiqi ilə aradan qaldırılmağa başlanmışdır. Bu məqalə, işə qəbulda süni intellektin tətbiqini və bununla əlaqəli etik məsələləri araşdırır. Məqalədə süni intellektin işə qəbul prosesində istifadəsi, üstünlükləri və etika baxımından qarşıya çıxan problemlər müzakirə olunur.
Tədqiqat, süni intellektin işə qəbulda CV-lərin analizindən, video müsahibə sistemlərinə, chatbotlardan və psixometrik testlərin avtomatlaşdırılmasına qədər bir sıra tətbiq sahələrini araşdırmışdır. Bu texnologiyalar, işə qəbul prosesinin sürətini artıraraq obyektiv qərarların verilməsini təmin edir, lakin etik məsələlər – alqoritmik qərəzlik, məlumatların qorunması və şəffaflıq – hələ də aktual problemlər olaraq qalır. Müxtəlif ölkələrin təcrübəsi, süni intellektin istifadəsinin müxtəlif mədəniyyətlərdə və hüquqi mühitlərdə necə fərqləndiyini göstərmişdir.
Azərbaycan kontekstində süni intellektin tətbiqi, müasir texnoloji inkişaflara baxmayaraq, hələ ki, başlanğıc mərhələsindədir. Bu sahədə hüquqi tənzimləmələrin və etik standartların yaradılması, süni intellektin effektiv və ədalətli şəkildə istifadəsi üçün vacibdir.
Açar sözlər: Suni intellekt, Texnalogiya, CV, Azərbaycan konteksti, İşə qəbul