Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/123/9-14

 

Sevda Axundova

Bakı Slavyan Universiteti

fəlsəfə üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0002-4152-0654

axundova449@mail.ru

 

Katolik kilsəsinin polyakların sosial və mənəvi həyatına təsiri

 

Xülasə

 

Bu məqalədə Polşa Katolik Kilsəsinin Polşa millətinin kimliyinə təsiri və 19-cu əsrdən 21-ci əsrə qədər Polşa tarixi boyunca onların arasında sıx əlaqənin səbəbləri təhlil edilir. Kilsənin siyasətə təsir etmək qabiliyyəti, demək olar ki, universal dindarlığın davam etməsi və hətta onun artması, eləcə də kilsənin cəmiyyətdəki yeri ilə bağlı mübahisələrin yüksək intensivliyi açıq şəkildə göstərir ki, kilsənin ictimai həyatdakı rolu hələ də əhəmiyyətli olaraq qalır. Bu gün Polşadakı kilsə ictimai qurum kimi fəal fəaliyyət göstərir və Roma Katolik Kilsəsinin Polşada təsirinin zəifləməsindən danışmaq hələ tezdir; ola bilsin ki, bu, sadəcə olaraq, zəifləməyə doğru müəyyən inkişaf edən bir tendensiyadır. Beləliklə, “polyak–katolik” stereotipi bu gün də müasir Polşa cəmiyyətinə aiddir.

Açar sözlər: Polşa, Katolik kilsəsi, milli kimlik, ənənəvi dəyərlər


Baxış: 160