Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/49/41-44

Təhminə Nəbiyeva

Gəncə Dövlət Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0009-5789-4870

 tahmina_nabiyeva@mail.ru

 

Kiçikyaşlı məktəblilərin qənaətcillik tərbiyəsinin mahiyyəti, məzmunu, prinsip və metodları

 Xülasə 

Tədqiqatın nəticəsində aydın oldu ki, kiçikyaşlı məktəblilərdə qənaətçilik iqtisadi tərbiyə – şa­girdləri iqtisadiyyata aid bilik, bacarıq və vərdişlərlə silahlandırmaq, əməyə müsbət münasibət bəs­ləmək, şagirdlərə gündəlik davranışlarında qənaətcilliyi, işgüzarlığı, sahibkarlığı, zirəkliyi, iqtisadi dün­yagörüş və baxışı aşılamaq, vətənin iqtisadiyyatına sadiq olmaq, mülkiyyətin qədrini bilmək ki­mi keyfiyyətləri mənimsətmək məqsədi ilə məktəbdə aparılan planlı, mütəşəkkil fəaliyyətdir. İq­tisadi tərbiyə gəncliyə təşəbbüskar olmaq, yerinə yetirilən işə candərdi deyil, həvəslə, şüurla, kö­nüllü olaraq yanaşmaq duyğuları aşılayır. Elmi-texniki, iqtisadi düşüncəni inkişaf etdirir. Qənaətcil olmağı, zirəkliyə sövq edir. Yarışa, rəqabətə, əmək bəhsləşməsinə yaxından qoşulmağı, özünü əsil mül­kiyyətçi sanmağı və istehsalın sahibi olmaq hissini tərbiyə edir. Kiçikyaşlı məktəblilərin qəna­ətcillik tərbiyəsi şəxsiyyətin iqtisadi təfəkkürünün özül rolunu oynadığından onun bütün məktəb­lərdə sistemli və ardıcıl olaraq həyata keçirilməsinə nail olmaq vacibdir. Xüsusilə müvafiq sinif­dən­xaric və məktəbdənkənar tədbirlərin təsirli olmasına, bu tədbirlərin hazırlanması və keçirilməsində şagirdlərin özlərinin iştirakına geniş yer verilməlidir. Hər bir məktəbdə qənaət rejiminin tətbiqi, gö­rülmüş işlərə qənaətlilik, sərfəlilik baxımından qiymət verilməsi həyata keçirilməlidir.

Açar sözlər: iqtisadi tərbiyə, uşaqların qənaətcillik tərbiyəsi, sosial-iqtisadi təsəvvür, iqtisadi bilik, milli tərbiyə ənənələri, işgüzarlıq, dəqiqlik


Baxış: 444