DOI: https://doi.org/10.36719/2789-6919/64/211-223
Kökəltmədə olan Hissar quzularında "Vilofoss" mineral yem əlavəsinin məhsuldarlıq və yun keyfiyyəti göstəricilərinə təsiri
Xülasə. Məqalədə Hisar cinsli quzuların kökəldilməsində iki mərhələli sistem üzrə müxtəlif dozalarda (50 q və 100 q) Vilofoss yem əlavəsindən istifadənin qida maddələrinin həzm olunmasına, canlı çəki artımına, yemin konversiya əmsalına (FCR) və yun məhsuldarlığına təsiri araşdırılmışdır. Təcrübə nəticələri göstərmişdir ki, rasiona Vilofoss əlavəsinin daxil edilməsi qida maddələrinin həzm olunmasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla yanaşı, canlı çəki artımını 18,4–26,3% artırmış və yunun keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Bundan əlavə, ət və yun məhsuldarlığı baxımından optimal doza səviyyələrinin müəyyənləşdirilməsinə dair spesifik bioloji və fizioloji qanunauyğunluqlar elmi cəhətdən əsaslandırılmışdır.
Açar sözlər: Hisar cinsi, Vilofoss, kökəltmə, yemin konversiyası, həzm olunma, yun məhsuldarlığı, keratin, mineral balans