Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/310-318

Sevinc Babayeva

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

texnika üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-9334-5483

babayeva_sevinc64@mail.ru

Günel Hüseyn

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

magistrant

https://orcid.org/0009-0001-8291-7976

gunelhuseyn93@gmail.com

 

Kollektor tipli nasosların digər istilik sistemləri ilə müqayisəsi

 

Xülasə

 

Bu məqalədə fərdi yaşayış evləri üçün istilik təchizatı sistemlərinin seçimi zamanı ənənəvi istilik üsulları ilə istilik nasoslarının tətbiqi müqayisəli şəkildə təhlil olunur. Xüsusi diqqət kollektor tipli istilik nasoslarına yönəldilir, çünki bu qurğular yüksək enerji səmərəliliyi və ətraf mühitə minimal təsir göstərmə qabiliyyəti ilə seçilir. Məqalədə torpaq mənbəli kollektor tipli istilik nasoslarının iş prinsipi və texniki xüsusiyyətləri ətraflı təsvir olunur.

Həmçinin bu istilik sistemləri ənənəvi qaz qazanları ilə müqayisə edilir. Müqayisə istismar xərcləri və uzunmüddətli iqtisadi səmərəlilik aspektlərini əhatə edir. Nəticələr göstərir ki, kollektor tipli istilik nasosları yüksək ilkin investisiya tələb etsə də, uzun müddətdə enerji xərclərinə qənaət və ekoloji üstünlüklər təmin edir.

Bundan əlavə, məqalədə istilik sistemlərinin ətraf mühitə təsiri də təhlil edilir. Kollektor tipli istilik nasosları, aşağı karbon emissiyaları və bərpa olunan enerji mənbələrinin istifadəsi imkanlarına görə, ekoloji cəhətdən ən təmiz variant kimi təqdim olunur. Burada istilik sistemi seçimi zamanı texniki xüsusiyyətlər, iqtisadi faydalar və ekoloji meyarlara əsaslanan kompleks yanaşmanın vacibliyi vurğulanır.

Açar sözlər: kollektor tipli istilik nasosları, enerji səmərəliliyi, ekoloji təsir, istilik sistemləri, iqtisadi səmərəlilik


Baxış: 607