DOI: https://doi.org/10.36719/2663-4619/126/131-135
Rəşad Məmmədov
Azərbaycan Neft və Sənaye Universiteti
fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0001-6932-3332
rasadmammedov@gmail.com
Elşən Zeynalov
Azərbaycan Neft və Sənaye Universiteti
magistrant
https://orcid.org/0009-0005-9997-3076
elshan.zeynalov.1993@mail.ru
Kompüter elmləri ixtisasında “Optimallaşdırma üsulları”
fənninin tədrisində riyazi modelləşdirmənin rolu
Xülasə
Kompüter elmləri ixtisasında tədris olunan “Optimallaşdırma üsulları” fənninin tədrisində riyazi modelləşdirmənin əhəmiyyətli rolu əsaslandırılır. Qeyd edilir ki, riyazi modelləşdirmə sistemlərin öyrənilməsinin əsas vasitələrindən biridir. Ona görə də müxtəlif dinamik və iqtisadi sistemlərin idarə olunmasında səmərəliliyin artırılması yollarının müəyyən edilməsi üçün ilk növbədə qoyulan problemin riyazi modeli qurulmalıdır. Məsələnin həlli üçün proqram paketlərinin istifadəsi və ya yaradılması da məhz bununla bağlıdır. Praktiki və səmərəlilik baxımdan optimallaşdırma məsələlərinə baxılması vacib hesab edilir. Bunu nəzərə alaraq müxtəlif sahələrə aid optimallaşdırma məsələlərinə baxılır və riyazi modeli qurularaq həll edilir. Baxılan məsələlər həm riyazi, həm fiziki, həm də iqtisadi sahələri əhatə edir. Rezervuarların səmərəli layihələndirilməsi məsələsinin təqribi həlli üçün C# dilində hesablama proqramı yazılmışdır.
Açar sözlər: kompüter elmləri, optimallaşdırma üsulları, riyazi model, funksional, Didonni məsələsi, funksiyanın ekstremumu, xətti proqramlaşdırma məsələsi