DOI: https://doi.org/10.36719/2789-6919/50/18-22
Məlahət Abdullayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-2228-1224
azeriteacher@yahoo.com
“Konstitusiya və Suverenlik ili” kontekstində riyaziyyat
dərslərində funksiyalar mövzusunun tədrisində vətəndaşlıq mövqeyinin formalaşdırılması
Xülasə
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi təhsildə vətəndaşlıq və hüquqi dəyərlərin təlim prosesinə inteqrasiyasını zəruri etmişdir. Tədqiqat VII sinif “Riyaziyyat” dərsliyində funksiyalar mövzusunun bu istiqamətdə tətbiq imkanlarını araşdırır. Məqsəd funksiyalar mövzusunun yalnız riyazi biliklərin mənimsənilməsi ilə məhdudlaşmayaraq, şagirdlərdə vətəndaş məsuliyyəti, hüquqi təfəkkür və milli dəyərlərə hörmət kimi keyfiyyətləri formalaşdırmaq potensialını müəyyən etməkdir.
Funksional modellər 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində əhalinin qayıdışı, məktəb tikintisi və sosial proseslərin təhlili ilə əlaqələndirilmişdir. Nəticələr göstərir ki, funksiyaların sosial kontekstdə tədrisi riyazi savadlılıqla yanaşı, vətəndaşlıq şüuru və sosial məsuliyyətin inkişafına da xidmət edir.
Açar sözlər: konstitusiya, suverenlik, riyaziyyatın tədrisi, funksiya, vətəndaşlıq tərbiyəsi