DOI: https://doi.org/10.36719/2789-6919/51/9-12
Rahim Sadıqov
Bakı Biznes Universiteti
iqtisad üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-0639-6304
s.rahim1972@mail.ru
Korporativ idarəetmədə innovasiya menecmenti
Xülasə
Məqalədə korporativ idarəetmə sisteminin innovativ aspektləri və idarəetmə prosesinin təkmilləşdirilməsində strateji planlama, nəzarət mexanizmləri və qiymətləndirmə sistemlərinin rolu araşdırılmışdır. Korporativ idarəetmənin müasir modelləri – amerikan, alman və yapon modelləri müqayisə olunaraq, Azərbaycan üçün iki səviyyəli sistemin daha səmərəli olduğu göstərilmişdir. Tədqiqatda Əsas İcra Göstəriciləri (ƏİG) və beş bloklu nəzarət modeli (korporativ, inzibati, müstəqil, keyfiyyət təminatı və ictimai nəzarət) işlənib hazırlanmışdır. Nəticələr göstərir ki, innovasiya menecmentinin tətbiqi idarəetmədə şəffaflığın artırılması, strateji məqsədlərə nail olunması və təşkilati səmərəliliyin yüksəldilməsində mühüm rol oynayır.
Açar sözlər: korporativ idarəetmə, idarəetmə sistemi, müəssisə və təşkilat, idarəetmədə yenilik, strateji planlama, strateji nəzarət, təşkilati struktur