DOI: https://doi.org/10.36719/2663-4619/126/124-130
Rəşad Əbilov
Azərbaycan Elmi Tədqiqat Layihə Axtarış Energetika İnstitutu
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0009-2532-3336
rashad.abilov@azerenerji.gov.az
Laçın rayonu Hocazsu çayının axınlarından hidroenergetika
məqsədi ilə mənimsənilməsi üçün yeni suqəbuledici
qurğuların işlənməsi
Xülasə
Məqalədə, işğaldan azad olmuş Laçın rayonunun Hocazsu çayında uzunmüddətli müşahidələr aparılmış, çoxlu sayda məlumatlar toplanmışdır. Hocazsu çayı haqqında məlumatlar toplanılmış, suqəbuledici qurğu və su elektrik stansiyasının binasının yeri seçilmişdir. Məqalədə dağlıq və dağətəyi ərazilər üçün suqəbuledici qurğuların təkmilləşdirilməsi də nəzərdən keçirilmişdir. Hidroenergetika üçün suqəbuledici qurğuların sxemi təklif edilmiş və təkmilləşdirilmişdir. Çoxsaylı tədqiqatlar nəticəsində suqəbuledici qurğuların yeni konstruksiyaları hazırlanmış və Kiçik Su Elektrik Stansiyaların layihələndirilməsində istifadə edilmişdir. Yaradılmış yeni konstruksiyalı suqəbuledici qurğulara Azərbaycan Respublikasının Əqli Mülkiyyəti Agentliyinin faydalı model üçün bir neçə patent alınmışdır.
Açar sözlər: çay, suqəbuledici qurğu, dağ və dağətəyi ərazi, su sərfi, hidroloji xüsusiyyətlər, konstruksiya