DOI: https://doi.org/10.36719/2789-6919/52/118-122
Ülkər Məmmədova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-8955-3001
ulkar.mammedova@asoiu.edu.az
Gülnarə İskəndərova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
https://orcid.org/0000-0002-6321-2524
gulnara.isgandarova@asoiu.edu.az
Şəbnəm Qurbanova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
https://orcid.org/0009-0002-1746-332X
shabnam_gurbanova@yahoo.com
Magistral boru kəmərlərinin möhkəmliyinə korroziyadan yaranan yorğunluq defektlərinin təsirinin dağılma mexanikası üzrə araşdırılması
Xülasə
Müasir zamanda yanacaq enerji komplekslərinin və magistral qaz boru kəmərlərinin (QBK) etibarlı və təhlükəsiz işini təmin etmək üçün magistral qaz kəmərlərinin xətti hissəsinin monitorinqi və diaqnostikası zəruridir. Texniki diaqnostika obyektləri “boru kəməri – ətraf mühit” sistemidir. Buraya “Magistral boru kəmərləri”nə uyğun bütün qurğular və elementlər daxildir. Məqalədə magistral boru kəmərlərindəki korroziya mənşəli yorğunluq çatlarını simulyasiya etməyə imkan verən model təqdim olunur ki, bu da onun sonrakı inkişafını çat kimi qiymətləndirməyə imkan verir. Məqalədə səth çatlarının artmasını proqnozlaşdırmaq və qalıq resursunun təyini üçün üsul təklif edirik.
Açar sözlər: korroziya, yanacaq enerji, boru, model, qüsur