Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/83-88

Əli Sultanlı

Milli Aviasiya Akademiyası

doktorant

https://orcid.org/0009-0004-2426-4526

A.Sultanli@oilfund.az

 

Makroiqtisadi siyasətin formalaşması mənbələri və formaları

 

Xülasə

 

Makroiqtisadi siyasət milli iqtisadiyyatın sabitliyini, davamlı inkişafını və sosial rifahını təmin etmək məqsədilə həyata keçirilən hökumət tədbirləri sistemidir. Bu siyasətin formalaşması bir sıra nəzəri yanaşmalara və praktiki reallıqlara əsaslanır. Mənbələr sırasında iqtisadi nəzəriyyələr, beynəlxalq təşkilatların tövsiyələri, dövlətin fiskal və monetar imkanları, sosial-iqtisadi şərait, eləcə də siyasi iradə mühüm yer tutur. Siyasətin formaları isə fiskal siyasət, monetar siyasət, valyuta siyasəti, struktur siyasəti və gəlir siyasətidir. Məqalədə bu mənbələr və formalar təhlil edilir, müxtəlif iqtisadi məktəblərin mövqeyi müqayisə edilir və Azərbaycan kontekstində praktiki tətbiqləri qiymətləndirilir.

Açar sözlər: makroiqtisadi siyasət, fiskal siyasət, monetar siyasət, iqtisadi sabitlik, inflyasiya, iqtisadi artım


Baxış: 53