DOI: https://doi.org/10.36719/2789-6919/55/9-15
Könül Büyüker
Bakı Dövlət Universiteti
iqtisad üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0002-2967-1871
k.buyuker@mail.ru
Türkan Salamova
Bakı Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0006-4860-8922
salamovaturkan689@gmail.com
Marketinq kommunikasiyaları və rəqəmsal marketinqin
strategiyaları və tətbiqləri
Xülasə
Bu məqalədə marketinq kommunikasiyaları və rəqəmsal marketinqin DXBT layihələrində rolu araşdırılmışdır. Analiz göstərir ki, DOST və ASAN Xidmət kimi Azərbaycan dövlət qurumları rəqəmsal kommunikasiya vasitələrindən istifadə edərək xidmətlərin ictimai qəbulunu, istifadəçi məmnuniyyətini və sosial təsirini əhəmiyyətli dərəcədə artırmışdır. Sosial media, SEO optimizasiyası, video kontent, e-mail marketinq və digər rəqəmsal alətlər layihələrin auditoriya ilə qarşılıqlı əlaqəsini təmin etmiş, investisiya marağını gücləndirmiş və risklərin idarə olunmasına xidmət etmişdir. Bununla yanaşı, rəqəmsal platformalar vasitəsilə təmin olunan məlumat açıqlığı və operativ kommunikasiya ictimai etimadın formalaşmasına mühüm təsir göstərmişdir. Rəqəmsal analitika və istifadəçi davranışlarının monitorinqi xidmətlərin keyfiyyətinin davamlı olaraq təkmilləşdirilməsinə imkan yaratmışdır. Beynəlxalq təcrübələr, məsələn Madrid Metrosu layihəsi göstərir ki, rəqəmsal marketinq interaktiv kommunikasiya və real vaxt analitikası vasitəsilə ictimai dəstəyin yüksəldilməsində effektiv strategiya rolunu oynayır. Eyni zamanda, bu yanaşma dövlət və özəl sektor arasında koordinasiyanı gücləndirərək resurslardan daha səmərəli istifadəni təmin edir. Nəticədə, DXBT çərçivəsində rəqəmsal marketinq yalnız tanıtım aləti deyil, həm də uzunmüddətli dayanıqlılığı, strateji idarəetməni və tərəfdaşlıq səmərəliliyini təmin edən mühüm mexanizm kimi önə çıxır.
Açar sözlər: marketinq kommunikasiyaları, rəqəmsal marketinq, DXBT layihələri, ictimaiyyətin iştirakı, rəqəmsal strategiyalar