Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/168-171

Aytac Hadızadə

Xəzər Universiteti

magistrant

https://orcid.org/0009-0002-7058-5473

asleymanli@mail.ru

 

Mebel şirkətlərinin sosial media fəaliyyətlərində illər üzrə dəyişmələrin müqayisəli təhlili

 

Xülasə

 

Son illərdə rəqəmsal transformasiya və istehlakçı davranışlarında baş verən dəyişikliklər fonunda mebel sektorunda fəaliyyət göstərən şirkətlərin sosial mediada aktivliyi strateji önəm kəsb etməyə başlamışdır. Bu tədqiqatda əsas məqsəd mebel şirkətlərinin sosial media fəaliyyətlərinin 2015-2025-ci illər ərzində necə dəyişdiyini, hansı tendensiyaların müşahidə olunduğunu və bu dəyişikliklərin şirkətlərin marketinq və brend idarəçiliyi üzərində hansı təsirləri yaratdığını müqayisəli şəkildə təhlil etməkdir. İlkin mərhələdə, 2015-2018-ci illərdə mebel şirkətləri sosial medianı əsasən məhsul şəkillərinin yerləşdirilməsi, endirim kampaniyalarının paylaşılması və məhdud müştəri qarşılıqlı əlaqələri üçün istifadə edirdi. Bu dövrdə kontent sadə, bəzən isə qeyri-strukturlaşdırılmış idi və sosial media daha çox informasiya ötürmə vasitəsi kimi xidmət edirdi. 2019-2021-ci illərdə isə sektorda rəqəmsal brendləşmə meyilləri güclənməyə başladı. Instagram, Facebook və YouTube kimi platformalarla yanaşı TikTok və Pinterest kimi vizual kontent əsaslı şəbəkələrə inteqrasiya artdı. Kontentin vizual keyfiyyəti və dizayn dəyərləri yüksəldi.

Açar sözlər: rəqəmsal marketinq strategiyaları, sosial media inkişaf dinamikası, istehlakçı davranışları və trendlər, brend idarəçiliyi və vizual kimlik, interaktivlik və analitik alətlər


Baxış: 52