DOI: https://doi.org/10.36719/2789-6919/46/51-55
Jahongir Nemətov
İmam Buxari adına Daşkənd İslam İnstitutu
https://orcid.org/0009-0000-6909-0698
nematovjahongir@oliymahad.uz
Məhəmməd Cəzari yaradıcılığının müasir araşdırması
Xülasə
Bu araşdırma Məhəmməd Cəzarinin əsərlərinin, xüsusən də onun “Əl-Müqəddimə əl-Cəzariyyə” əsərinin tədqiqinə müasir yanaşmaların tarixinə, eləcə də müxtəlif alimlərin əsrlər boyu yazdığı şərhlərə diqqət yetirir. İbn Cəzəri bu sahədə ən mühüm əsərlərdən birinin banisidir və təcvid elminin inkişafında mühüm rol oynamışdır. Müasir tədqiqatlar təcvidin fonetik, qrammatik və nəzəri aspektlərinin təhlilinin vacibliyini vurğulayır, onların Quranın düzgün oxunması və başa düşülməsi üçün əhəmiyyətini üzə çıxarır. Bu tədqiqatların Anadolu, Misir və Suriya kimi müxtəlif bölgələrdə biliyin yayılmasına təsiri də müzakirə edilir və müxtəlif Təcvid məktəblərinin və onların qarşılıqlı təsirlərinin dərin tarixi analitik tədqiqinə yönəldilir.
Açar sözlər: Məhəmməd Cəzari, Əl-Müqəddimə, təcvid, təfsir, fonetika, qrammatika, İslam elmi, Quran tilavəti