DOI: https://doi.org/10.36719/2789-6919/46/131-135
Bəsti Cəfərova
Gəncə Dövlət Universiteti
https://orcid.org/0009-0007-4314-007X
mehdiyeva_69@mail.ru
Məişət və istehsal sularının keyfiyyətini analiz etmək üçün istifadə olunan proqramların müqayisəli analizi
Xülasə
Bu məqalədə suyun həyat və sənaye üçün əhəmiyyəti, onun keyfiyyətinin analizi və idarə olunmasının zəruriliyi izah olunur. Məişət və istehsal suları üçün vacib fiziki, kimyəvi və mikrobioloji göstəricilər təqdim edilir. Suyun keyfiyyətini təyin edən proqram təminatları laboratoriya analiz sistemləri, məlumat idarəetmə və simulyasiya proqramları müqayisəli şəkildə təhlil olunur. Eyni zamanda, Azərbaycanda “Azərsu” ASC və Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən tətbiq olunan AzərsuGIS, MİS və SCADA kimi müasir idarəetmə sistemləri nümunə kimi göstərilir. Məqalə su ehtiyatlarının səmərəli, şəffaf və texnoloji əsaslarla idarəsinin vacibliyini vurğulayır. Su həyatın davamlılığı üçün ən vacib resurslardan biridir. Məişət və istehsal sahələrində istifadə olunan suyun keyfiyyəti insan sağlamlığı, ekosistemlərin qorunması və sənaye proseslərinin səmərəliliyi üçün böyük əhəmiyyət kəsb edir. Buna görə də, suların keyfiyyət göstəricilərinin müntəzəm və dəqiq analiz edilməsi zəruridir.
Açar sözlər: su keyfiyyəti, su analizi, ekoloji monitorinq, Hach WIMS, QUAL2K, SWAT