Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Məktəb yaşında şagirdlərin “Öyrənməyi öyrənmək” səriştəsinin formalaşmasının psixoloji-pedaqoji imkanları üzrə fəaliyyət planı üçün təkliflər

 

Telli İbrahimova1* , İradə Zamanova2 , İradə Məmmədova2

 

Xülasə. Məqalədə müasir bilik cəmiyyətində “öyrənməyi öyrənmək” bacarığının əhəmiyyəti geniş şəkildə izah olunur. Texnologiyanın sürətli inkişafı, qloballaşma və cəmiyyətin dəyişən ehtiyacları insanlardan davamlı şəkildə yeni bilik və bacarıqlar əldə etməyi tələb edir. “Öyrənməyi öyrənmək” anlayışı fərdin öz öyrənmə prosesini təşkil etməsi, məlumatı və vaxtı düzgün idarə etməsi, həmçinin, öyrənməyə davam etmək bacarığı kimi xarakterizə edilir. Məqalədə bu bacarığın metakoqnitiv düşüncə, tənqidi təhlil, özünənəzarət və inkişaf düşüncə tərzi ilə sıx bağlı olduğu vurğulanır. Müəllif məktəblərdə öyrənmə bacarıqlarının inkişafı üçün oyun əsaslı təlim, layihə işi, zehn xəritələri, aktiv oxu, fəal dinləmə və vaxtın düzgün idarə olunması kimi metodların tətbiqini tövsiyə edir. Həmçinin, müəllimlərin şagirdlərdə özünütənzimləyən öyrənmə, refleksiya, motivasiya və dözümlülük yaratmasının vacibliyi qeyd edilir. Məqalədə tənqidi düşüncə, ünsiyyət, yaradıcılıq və sosial əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanır. Nəticədə qeyd olunur ki, müasir tədris metodları şagirdlərin daha müstəqil, çevik, yaradıcı və ömürboyu öyrənən şəxsiyyət kimi formalaşmasına kömək edir, onların həm akademik, həm də sosial uğurlarını artırır.

 

Açar sözlər: müasir bilik, öyrənməyi öyrənmək, təkliflər, müstəqil fəaliyyət, formalaşma

 


Baxış: 185