DOI: https://doi.org/10.36719/2706-6185/49/22-26
Yeganə Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0001-8319-8849
yeganememmedova.doc@gmail.com
Məktəbəqədər dövrdə ailə münasibətlərinin uşaq şəxsiyyətinə təsiri
Xülasə
Uşağın şəxsiyyətinin formalaşması həyatın erkən mərhələlərində, xüsusilə məktəbəqədər yaş dövründə əsaslanır. Bu yaş mərhələsi, uşağın emosional olaraq tez-tez dəyişən bir dövrdən keçdiyi, özünü və ətrafını tanımağa başladığı vacib bir mərhələdir. Bu müddətdə uşağın inkişafında ailənin, xüsusilə valideynlərin rolu əvəzolunmazdır. Valideyn–uşaq münasibətləri bu yaş dövründə tərbiyənin əsasını təşkil edir. Valideynin sevgisi və diqqəti uşağın emosional mərkəzlərinə dərin təsir göstərərək onun daxili aləmini formalaşdırır.
Uşağın şəxsiyyətinin formalaşması valideynlərlə qurulan ünsiyyətə əsaslanır. Bu dialoqlar vasitəsilə uşaq əxlaq, əmək və mənəvi dəyərlər haqqında ilkin təsəvvürlər qazanır. Əgər valideynlər uşağın istəklərinə etinasız yanaşır və onun fərdi xüsusiyyətlərini nəzərə almırlarsa, bu, mənfi nəticələrə gətirib çıxarır. Valideynin düzgün yanaşması isə uşağın əxlaqi düşüncəsinin formalaşmasına və gələcəkdə cəmiyyətdə möhkəm şəxsiyyət kimi yetişməsinə zəmin yaradır. Uşaqlar valideynlərindən aldıqları nümunələri bağça və məktəb mühitində inkişaf etdirirlər. Onların gələcəkdə qadın və ya kişi olaraq formalaşmasında da valideynlərlə münasibətlər həlledici rol oynayır.
Açar sözlər: erkən mərhələ, məktəbəqədər dövr, şəxsiyyətin inkişafı, valideyn–uşaq münasibətləri, tərbiyənin rolu