Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/52/26-29

Yeganə Məmmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0001-8319-8849

yeganememmedova.doc@gmail.com

 

Məktəbəqədər təhsil müəssisələrində kitab guşəsinin

tərbiyəvi əhəmiyyəti

 

Xülasə

 

Kitab guşəsi məktəbəqədər təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsinin ayrılmaz hissəsi kimi böyük əhəmiyyət kəsb edir. Kiçik yaşlardan uşaqlarda kitab sevgisini formalaşdırmaq, onları oxumağa maraqlandırmaq və nitq, düşüncə bacarıqlarını inkişaf etdirmək bağçalarda təşkil edilmiş məqsədli mühitin əsas tərkib hissəsidir. Müasir pedaqoji yanaşmalara əsasən, kitab guşəsinin dizaynı yalnız vizual cəhətdən cəlbedici olmamalı, həm də uşaqların fiziki və əqli inkişafını dəstəkləməli, sərbəst kitab seçimi, baxış və müsahibə fəaliyyətlərinə şərait yaratmalıdır. Məktəbəqədər təhsil müəssisələrində kitab guşəsi uşaqların nitq, təfəkkür, yaddaş və təxəyyül inkişafı üçün vacib vasitədir. Onun düzgün təşkili və tərtibatı uşaqların oxu mədəniyyətini, marağını və müstəqil fəaliyyət bacarıqlarını artırır. Kitab guşəsi uşaqların gələcək savadlılıq səviyyəsinə, sosial bacarıqlarına və yaradıcı düşüncəsinə təsir göstərən əsas elementlərdən biridir. Bu səbəbdən məktəbəqədər təhsil müəssisələrində kitab guşəsinin yaradılması və davamlı şəkildə təkmilləşdirilməsi pedaqoji prosesin əhəmiyyətli tərkib hissəsi hesab olunur.                                                                    

Açar sözlər: məktəbəqədər təhsil, kitab guşəsi, tərbiyəçinin rəhbərliyi, təhsil, tərbiyə

 

 


Baxış: 18