Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/180-188

 

Kəmalə Qəhrəmanova
Bakı Dövlət Universiteti
https://orcid.org/0009-0007-4047-8729
kemalegahramanova85@gmail.com

 

Melissa officinalis bitkisindən alınan ekstraktların bəzi fitokimyəvi xüsusiyyətləri

 

Xülasə

 

Melissa officinalis-dərman bədrənci zəngin tərkibinə və bir sıra vacib xüsusiyyətlərinə görə tibbi praktikada və elmi tədqiqatlarda geniş istifadə edilən dərman bitkisidir. Bu bitki qədim dövrlərdən etibarən müxtəlif məqsədlər üçün istifadə edilir.Tərkibindəki çoxsaylı bioloji aktiv maddələr hesabına xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində uğurla tətbiq edilir. Təqdim edilən məqalədə Melissa officinalis bitkisinin yarpaqlarından alınan homogenatda, etanol və sulu ekstraktının tərkibində bioloji aktiv molekulardan saponinlərin, flavanoidlərin, fenol birləşmələrinin, qlikozidlərin, xinonların, kumarinlərin və tanninlərin mövcudluğu test üsulu ilə təyin edilmişdirBu birləşmələrin təyinində dəmir duzunun müxtəlif faizli məhlularından, sulfat turşusundan, KOH və NaOH məhlularından və ultrabənövşəyi şüalardan istifadə edilmişdir. Məlum olmuşdur ki, Melissa officinalis bitkisindən alınan ekstraktların tərkibində qeyd edilən birləşmələrin hamısı mövcuddur. Onların mövcudluğu ekstraktlarda rəng dəyişmələri ilə sübut olunmuşdur. Belə ki, bitkinin sulu ekstraktının tərkibində saponinlər, flavanoidlər, fenol birləşmələri, qlikozidlər, xinonlar və taninlər, etanol ekstraktın daqlikozidlər, fenollar, flavanoidlər, xinonlar və taninlərin mövcutluğu təcrübələrlə müəyyən olunmuşdur. Melissa officinalis bitkisindən alınan homogenatın tərkibində saponinlər,fenol birləşmələri və taninlərin varlığı sübut edilişdir.

Açar sözlər: dərman bitkiləri, yarpaq, bioaktiv birləşmələr, homogenat, ekstraktlar


Baxış: 69