Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Məşqçilərdə pedaqoji və psixioloji xüsusiyyətlərin inkişaf etdirilməsi

 

Oktay Rzayev1* Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным., Cavanşir Rəhimov1 Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Güləşçinin mənəvi keyfiyyətlərinin tərbiyə edilməsində məşqçinin rolu az deyildir. O, yetirmələrinin ideya-mənəvi keyfiyyətlərinin tərbiyə edilməsində məktəblə və ya işlədiyi hər hansı başqa təşkilatla sıx əlaqə saxlamalıdır. Məşqçi hər hansı bir əlaqə, o cümlədən məşq, söhbət, yarış və dərs prosesində yetirmələrinin tərbiyə işində mühüm rol oynamalı, bu işdə daima insani əxlaq prinsiplərini rəhbər tutmalıdır. O, daima məşq edənlərə müasir fiziki tərbiyə sisteminin mənəvi tərbiyəsinin istiqamətini aydınlaşdırmalı, başa salmalı, onun mühüm dövlət əhəmiyyətini, bədən tərbiyəsi və idmanın inkişafına göstərdikləri təsiri qeyd etməlidir. Mənəvi keyfiyyətlərin inkişaf etdirilməsində idmançıların səxsi pedaqoji fəaliyyəti hədsiz rol oynaya bilər. Ölkəmizdə bir çox məhşur güləşçilər öz ixtisas məşqlərini pedaqoji proseslə növbələşdirir, öz bilik və bacarıqlarını gənc idmançılara verirlər. Bu idmançılar öz məşqçisilə rəhbərliyi altında məşq etmələ yanaşı özləri də gəncləri məşq etdirir. Mənəvi keyfiyyətlərin aşılanmasında kollektivin tərbiyəvi rolü böyükdür. Yeni başlayan güləşçilər, kollektivin ən yaxşı idmançını təqlid edərək təkcə idman nailiyyətlərində deyil, həyatdakı davranışlarında da onlardan nümunə götürürlər. Bacarıqlı kollektiv rəhbəri, məşqçi, gənclərlə mənəvi keyfiyyətlərin tərbiyə edilməsi prosesi zamanı bu amillərdən bir vasitə kimi istifadə edir.

 

Açar sözlər: mənəvi keyfiyyət, taktiki hazırlıq, pedaqoji, psixoloji, məşqçi, qabiliyyət, pedaqoji ustalıq

 


Baxış: 3