DOI: https://doi.org/10.36719/2789-6919/57/40-43
Gülsüm Tağızadə
Azərbaycan Dillər Universiteti
https://orcid.org/0009-0002-0841-5107
gulsumtagizade0@gmail.com
Məşrutə hərəkatının öncül simaları: Səttarxan və Bağırxanın həyat və mübarizəsi
Xülasə
Məşrutə hərəkatı Təbrizdə geniş xalq dəstəyi qazanaraq silahlı və təşkilatlanmış müqavimət formasına çevrilmişdir. Səttarxan və Bağırxanın rəhbərliyi ilə yaradılan mücahid dəstələri istibdad rejiminə qarşı mübarizədə həlledici rol oynamış, bu mübarizə nəticəsində Məhəmmədəli şah devrilmişdir. Lakin qələbədən sonra hərəkat daxilində yaranan siyasi və ideoloji parçalanmalar, xarici dövlətlərin təzyiqləri və mərkəzi hökumətin zəif mövqeyi Məşrutə ideallarının tam reallaşmasına imkan verməmişdir. Onların qəhrəmanlığı o qədər məşhurlaşdı ki, adları Avropa və Amerika mətbuatında da çəkildi və İran məşrutə hərəkatının tarixində silinməz iz qoydu. Bu məqalədə hər iki məşrutə qəhrəmanının həyatı və fəaliyyəti qısa şəkildə birlikdə təqdim edilir.
Açar sözlər: Məşrutə inqilabı, Səttarxan, Bağırxan, Təbriz, döyüş