Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Mətn komponentlərinin bağlanmasında morfoloji vasitələrin rolu

 

Fərqanə Məmmədova Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Məqalədə Azərbaycan dilində mətnin təşkili və onun sintaktik bütöv kimi formalaşması məsələsi araşdırılır. Göstərilir ki, mətn ayrı-ayrı cümlələrin mexaniki ardıcıllığı deyil, müəyyən fikir mərkəzi ətrafında birləşən və daxili əlaqələr hesabına bütövləşən mürəkkəb nitq vahididir. Mətn komponentlərinin əlaqələnməsində prosodik, leksik vasitələrlə yanaşı, qrammatik vasitələrin də rolu mühümdür. İsim, əvəzlik, feil kimi əsas nitq hissələri ilə yanaşı, bağlayıcılar, ədatlar  və modal sözlər kimi köməkçi nitq hissələri də cümlələr arasında qrammatik bağlılığın yaranmasına xidmət edir. Bu vasitələr mətn daxilində fikrin ardıcıllığını təmin edir, cümlələr arasında əlaqəni gücləndirir və məzmunun bütövlüyünü qoruyur. Eyni zamanda, təkrarlardan qaçmağa və mətnin daha axıcı və anlaşıqlı olmasına şərait yaradır. Nəticədə mətn vahid fikir ətrafında formalaşaraq kommunikativ məqsədin daha effektiv ifadəsinə xidmət edir.

 

Açar sözlər: mətn, sintaktik bütöv, qrammatik vasitələr, nitq hissələri, mətn sintaksisi

 


Baxış: 14