DOI: https://doi.org/10.36719/2706-6185/57/27-31
Nailə Hüseynova
Bakı Mühəndislik Universiteti
https://orcid.org/0009-0000-1760-508X
nhuseynova1@beu.edu.az
Yeganə Ağamalıyeva
Azərbaycan Dövlət İqtisad Universiteti
memarlıq üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-9461-0904
agamaliyeva_yegana@unec.edu.az
Moda və mədəni turizm: Qarabağ Brendinin formalaşmasında davamlı və ekoloji dizayn çətinlikləri
Xülasə
Qarabağ regionunun zəngin mədəni irsi və tətbiqi dekorativ və bədii sənət ənənələri əsasında milli brendin formalaşması üçün böyük potensialı var. Lakin bu brendin moda və mədəni turizm vasitəsilə davamlı inkişafı birbaşa ekoloji cəhətdən təmiz və davamlı dizayn yanaşmaları ilə bağlıdır. Bu məqalə moda turizmi kontekstində Qarabağın mədəni kodlarının müasir dizayna inteqrasiya olunması prosesində yaranan ekoloji çağırışları, material və enerji dövrlərini, etik istehsal standartlarını və rəqəmsal transformasiyanın rolunu təhlil edir. Müəllif dairəvi dizaynı, yavaş modanı, yerli resursların səfərbərliyini, AR/VR əsaslı mədəni təcrübələri və ekoloji cəhətdən təmiz tədbirlər üçün standartları birləşdirən konseptual model təklif edir.
Açar sözlər: davamlı dizayn, eko-dizayn, moda turizmi, Qarabağ, mədəni irs, dövri iqtisadiyyat, rəqəmsal təqdimat