Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/36-41

Arif Ağalarov

Naxçıvan Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0005-3361-2497

arifagalarov@ndu.edu.az

 

Molla Pənah Vaqif və anadilli poeziyamız

 

Xülasə

 

Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus mövqeyi olan qüdrətli ədəbi simalardandır. Ədəbiyyat tariximizdə Nizami və Füzulidən sonra ədəbi məktəb yaradan üçüncü sənətkardır. Onun yaradıcılığı ədəbiyyatımızın yüksəliş tarixində yeni bir mərhələnin başlanğıcıdır. Molla Pənah Vaqifin dövrü Azərbaycan poeziyasının milli dirçəliş dövrü kimi qiymətləndirilir. Bu dövrün əsas cəhətləri arasında optimizm, açıqfikirli yanaşma, realist baxışlar yer alır və geniş dünyagörüşü önə çıxır. Bu xüsusiyyətlər hər biri Vaqifin şəxsi həyatında və yaradıcılığında özünü göstərmiş, onun ictimai-siyasi şəxsiyyət kimi tanınmasında xüsusi əhəmiyyət daşımışdır. Qeyd etdiyimiz bütün bu cəhətlərin hər biri Vaqifin şəxsi həyatı və yaradıcılığında özünü göstərmiş, eyni zamanda onun ictimai-siyasi fəaliyyətinin vacib bir hissəsi olmuşdur.

Azərbaycan ədəbi dilinin inkişafında Vaqifin rolunu dəyərləndirərkən, dilimizin xüsusi inkişaf mərhələlərini nəzərdən keçirmək, qiymətləndirmək vacibdir. Vaqif özündən əvvəlki ədiblərin ədəbi irsini özünəməxsus şəkildə, özünəməxsus tərzdə davam etdirərək, yeni bir yol açıb. M.P.Vaqif Azərbaycan ədəbiyyatının XIX əsr inkişafının əsasını qoyaraq, bu dövrün formalaşmasına əhəmiyyətli töhfə verib. Demək olar ki, o özündən əvvəlki ədiblərin, sənətkarların irsini milli zəmində yekunlaşdırıb, sonrakı ədiblərin, xüsusən, XIX əsrdə yaşamış ədiblərin ədəbi fəaliyyətlərinə istiqamət vermişdir.

Məqalədə M.P.Vaqif şeirlərinin dilinin saflığı müqayisə baxımından təmizliyi, anlaşıqlığı önə çəkilir. XVIII əsr anadilli poeziyamızın zirvəsində dayandığı, özündən sonra ədəbi məktəb yaratdığı diqqətə çatdırılır. Vaqif yaradıcılığı, ənənəsi ondan sonra yaranan şifahi şeirlərinə, onlarca şairin yaradıcılığına güclü təsir etməsi məsələləri şərh edilmişdir.

Açar sözlər: M.P.Vaqif, Azərbaycan dili, Azərbaycan poeziyası, şeir, alınma sözlər


Baxış: 66