Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Monqol imperiyasının yaranması və onun ilk dövrü

 

Samir Baxşəliyev Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Məqalədə üç fərqli müəllifin monqol tayfa sistemi, Monqol imperiyası ilə bağlı fikirləri nəzərdən keçirilmişdir. Monqollar fəth etdikləri geniş ərazilərdə siyasi hakimiyyətlərini möhkəmləndirmək məqsədi ilə hərbi və inzibati idarəetmə sistemi qurmuşdular.

Çingiz xanın tarixdə rolunu birmənalı qiymətləndirmək olmaz. O, dağınıq monqol tayfalarını birləşdirərək vahid Monqol imperiyasını yaratdı. Qurduğu dövlətdə güclü idarəetmə sistemi və yüksək təşkilatlanmış ordu formalaşdırdı.

Qərbdə xristian və islam orduları arasında qanlı döyüşlər gedən zaman Qədim Göytürk xaqanlığının ərazisində yaranan böyük Monqol dövləti qısa müddət ərzində sürətlə genişlənərək bir çox dövlətlərin süqutuna səbəb olmuşdur. Bu dövlətin sürətli yüksəlişi və genişlənmə dövrü tarixçi alimlərinin ən çox araşdırdığı mövzulardan biri olmuşdur. Xüsusilə bu araşdırmalarda  monqolların hərbi gücünün formalaşmasında mühüm rol oynayan amillər tarixi mənbələr əsasında təhlil edilmişdir. Bununla yanaşı, Çingiz xanın işğalçı yürüşləri çoxsaylı insan itkilərinə, şəhərlərin dağıdılmasına və geniş ərazilərdə ağır sosial-iqtisadi nəticələrə səbəb olmuşdur. Müqavimət göstərən xalqlara qarşı sərt tədbirlər və kütləvi qırğınlar onun yürüşlərinin nəticəsidir. Çingiz xan, sözsüz ki, böyük dövlət qurucusu, həm də görkəmli sərkərdədir. Lakin eyni zamanda yürüşləri milyonlarla insanın taleyinə mənfi təsir göstərmiş işğalçı hökmdardır.

 

Açar sözlər: Monqol dövləti, Çingiz xan, Fəzlullah Rəşidəddin, imperiya, işğal

 

 


Baxış: 7