DOI: https://doi.org/10.36719/2706-6185/47/80-85
Ülviyyə İbrahimova
Bakı Dövlət Universiteti
doktorant
https://orcid.org/0009-0009-8044-646X
ulviyya.ibrahimova.rahman@gmail.com
Mövlud Süleymanlının “Köç” romanında dialektizmlər
Xülasə
Yazıçı və şairlər öz əsərlərində milli adət-ənənə, xalqın həyat tərzi və yaşayışına aid fikirləri daha aydın əks etdirmək üçün bəzən ümumişlək olmayan sözlərdən istifadə edirlər. Dilin tarixi qatlarında işlək olan və ədəbi dildə sabitləşməsə də, məhəlli xarakter daşıyan belə sözlər bədii əsərlərin üslubuna zənginlik qatır. Xalq dili məhəlli leksikada elə sözləri saxlayır ki, onlar çox canlı və həyat üçün əhəmiyyətlidir. Bəzi dialekt sözlərinə isə bəzən bədii əsərlərdə obrazların xarakterini açmaq, bəzən də baş verən hadisəni, hadisənin baş verdiyi məkanı doğru təsvir edə bilmək üçün ehtiyac duyulur. Beləliklə, dialektizm bədii dilə keçir.
Xalq yazıçısı, Azərbaycan ədəbiyyatına müxtəlif hekayələr, povest və romanları ilə töhfə verən Mövlud Süleymanlı ədəbi dilinin zənginliyinə görə seçilən ədiblərimizdəndir. Yazarın dili müxtəlif söz qrupları ilə zəngindir. Mövlud Süleymanlının “Köç” romanında xalq yaddaşının nümunələri olan dialektizmlər ustalıqla istifadə edilib. Məqalədə həmin əsərdə müəllifin istifadə etdiyi dialektizmlər tədqiqata cəlb edilib, onların bədii əsərin dilinə qatdığı çalarlar izah olunub.
Açar sözlər: Mövlud Süleymanlı, köç, dialektizm, dialekt, şivə, ədəbi dil