DOI: https://doi.org/10.36719/2706-6185/57/14-17
Nəzakət Yusifova
Naxçıvan Dövlət Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0008-5357-7096
yusifovanezaket233@gmal.com
Müasir dövrdə müəllimin sosial-pedaqoji rolu
Xülasə
Məqalədə müəllimin pedaqoji vəzifələrinin mahiyyəti, onların sosial və fəlsəfi aspektləri, həmçinin müasir təhsil sistemində müəllimin sosial-pedaqoji rolu araşdırılır. Müəllimin funksiyaları yalnız bilik ötürmək deyil, eyni zamanda şəxsiyyətin formalaşdırılması, mənəvi dəyərlərin aşılanması və sosial inteqrasiyanın təmin edilməsidir. Müəllimin təşkilatçılıq, kommunikativ, tərbiyəvi və inkişafetdirici vəzifələri pedaqoji fəaliyyətin bütövlüyünü formalaşdırır. Beynəlxalq pedaqoji fikirlər və Azərbaycan təhsil konsepsiyası kontekstində müəllimin sosial statusu və peşəkar nüfuzu məsələləri də təhlil olunur.
Açar sözlər: müəllim, pedaqoji fəaliyyət, sosial-pedaqoji rol, təlim prosesi, pedaqoji vəzifələr, etik davranış, kommunikasiya