Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/48/9-13

 Sani Hacıyev

Bakı Dövlət Universiteti

tarix elmləri doktoru

https://orcid.org/0000-0002-8069-086X

sanihadjiyev@bsu.edu.az

 

Müasir dövrdə Türkiyənin Asiya və Afrika ölkələri ilə əlaqələrində

regional və beynəlxalq təşkilatların rolu

 

Xülasə

 

Müasir dövrdə beynəlxalq münasibətlər sistemində çoxqütblülüyün güclənməsi, qloballaşma­nın yeni mərhələyə qədəm qoyması və regional aktorların rolunun artması, dövlətlərin xarici siyasət prio-ritetlərini yenidən formalaşdırmasına səbəb olmuşdur. Türkiyə Respublikası da geosiyasi möv¬qeyi, tarixi-mədəni bağları və iqtisadi potensialı əsasında Asiya və Afrika ölkə­ləri ilə əlaqələrini strateji istiqamətə çevirmişdir. Xüsusilə beynəlxalq və regional təşkilatlarda fəal iştirak, bu müna¬sibətlərin institusional xarakter qazanmasına, siyasi, iqtisadi və humanitar əməkdaşlığın dərin¬ləşməsinə imkan verir.

Araşdırmada Türkiyənin Asiya Əməkdaşlıq Dialoqu, D-8, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və ASEAN-la əməkdaşlıq formatları, həmçinin Af-rika İttifaqı, Qərbi Afrika İqtisadi Şurası və Şərqi Afrika Şurası çərçivəsində fəaliyyəti təhlil olunur. Belə bir nəticəyə gəlinir ki, regional və beynəlxalq təşkilatlar Türkiyənin çoxvektorlu xarici siyasə-tində mühüm rol oynayır. Bu model, ölkənin Asiya və Afrika bölgələrində uzunmüddətli və davam¬lı aktor kimi mövqeyini möhkəmləndirməklə yanaşı, qlobal səviyyədə təsir imkanlarını da geniş¬ləndirir.

Açar sözlər: Türkiyə Respublikası, Asiya, Afrika, diplomatiya, regional təşkilatlar, beynəlxalq təşkilatlar, perspektivlər


Baxış: 338