Müasir dünyada elektron lüğətlərin və tərcümə mühərriklərinin istifadəsi
Murad Fərəczadə
Xülasə. Məqalədə müasir dövrdə elektron lüğətlərin və tərcümə mühərriklərinin dil öyrənmə, çoxdilli ünsiyyət və tərcümə prosesindəki rolu araşdırılır. Elektron lüğətlərin sürətli axtarış, tələffüz, kontekstual nümunələr və multimedia imkanları təqdim etməsi onların ənənəvi lüğətlərdən üstün tərəfləri kimi göstərilir. Məqalədə, həmçinin, süni intellekt və neyron maşın tərcüməsinin inkişafı, Google Translate, DeepL və Microsoft Translator kimi platformaların istifadəsi qeyd olunur. Bununla yanaşı, Azərbaycan və fransız dillərinin fərqli qrammatik və leksik quruluşu səbəbindən maşın tərcüməsində yarana bilən semantik və kontekstual problemlər vurğulanır. Nəticədə, tərcümədə ən uğurlu yanaşmanın texnologiya ilə insan təcrübəsinin əməkdaşlığı olduğu qeyd edilir.
Açar sözlər: elektron lüğətlər, tərcümə mühərrikləri, maşın tərcüməsi, süni intellekt, neyron tərcümə, Azərbaycan dili, fransız dili, kontekstual tərcümə, linqvistik ekvivalentlik, çoxdilli ünsiyyət