Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/121/108-111

Səbuhi Həşimov

Heydər Əliyev adına Hərbi İnstitut

https://orcid.org/0009-0003-2982-7220

sebuhiheshimov83@mail.ru

 

Müasir idarə olunan raket sistemləri və onların tətbiq sahələri

 

Xülasə

 

Müasir texnologiyaların inkişafı hərb sahəsindən də yan keçməmiş, idarə olunan raket sistemlərinin yaranması və geniş tətbiqi ilə nəticələnmişdir. Bu sistemlər müasir döyüş meydanında yüksək dəqiqlik, uzaq məsafədən hədəfə zərbə endirmə qabiliyyəti və çoxşaxəli tətbiq sahələri ilə fərqlənir və dost qüvvələrin şəxsi heyətinin itkilərinin minimuma endirilməsinə xidmət edir. İdarə olunan raket silahları müxtəlif növ döyüş əməliyyatlarında hücum və müdafiə, texnikaların və canlı qüvvənin məhv edilməsi, strateji hədəflərin vurulması və hava hücumlarından qorunma məqsədilə istifadə olunur. Müxtəlif ölkələr tərəfindən istehsal edilən bu sistemlər müasir hərbi strategiyanın ayrılmaz hissəsinə çevrilmişdir. Bu məqalədə idarə olunan raket sistemlərinin növləri, texnoloji xüsusiyyətləri və onların tətbiq sahələri ətraflı şəkildə təhlil ediləcəkdir. Qeyd olunan raket silahları müasir orduların əsas elementlərindəndir və müxtəlif hərbi əməliyyatlarda geniş tətbiq olunur. Bu silahlar hədəfə dəqiq zərbə endirmək üçün hazırlanır və bir çox fərqli növdə mövcuddur. Son illərdə Azərbaycan ordusunun silah arsenalına bu sistemlərin bir çoxu əlavə olunmuşdur.

Açar sözlər: idarə olunan, raket, tətbiq sahələri, hava, yer


Baxış: 137