Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/56/37-41

Əzim Axundov

 Heydər Əliyev adına Hərbi İnstitut

https://orcid.org/0009-0007-7007-4805

akhundov9598@gmail.com

 

Müasir pedaqoji yanaşmaların ali təhsildə təlim keyfiyyətinə təsiri

 

Xülasə

 

Müasir dövrdə ali təhsil sistemində baş verən sürətli sosial, texnoloji və iqtisadi dəyişikliklər tədris prosesinin məzmununa və təşkilinə yeni tələblər irəli sürür. Bu baxımdan müasir pedaqoji yanaşmaların ali təhsildə təlim keyfiyyətinə təsiri xüsusi aktuallıq kəsb edir. Bu araşdırmada tələbəyönümlü təlim, kompetensiyaəsaslı yanaşma, problem əsaslı təlim, layihə metodu, interaktiv və rəqəmsal texnologiyalara əsaslanan pedaqoji modellərin ali təhsil müəssisələrində tətbiqi məsələləri təhlil olunur.

Tədqiqatda müasir pedaqoji yanaşmaların tələbələrin tənqidi düşünmə, yaradıcılıq, müstəqil qərarvermə və əmək bazarına uyğun peşə bacarıqlarının formalaşmasına müsbət təsiri əsaslandırılır. Eyni zamanda, müəllimin rolu bilik ötürücüsündən təlim prosesinin təşkilatçısı və yönləndiricisinə çevrilməsi, qiymətləndirmə mərhələsində formativ yanaşmaların əhəmiyyəti və tədris keyfiyyətinin artırılmasında əks-əlaqənin rolu vurğulanır.

Müasir pedaqoji yanaşmaların ali təhsildə sistemli və məqsədyönlü tətbiqi təlim keyfiyyətinin yüksəldilməsinə, təhsilin nəticəyönümlü qurulmasına və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına mühüm töhfə verir.

Açar sözlər: ali təhsil, müasir pedaqoji yanaşmalar, təlim keyfiyyəti, tələbəyönümlü təlim, kompetensiyaəsaslı yanaşma, interaktiv metodlar, rəqəmsal təhsil, qiymətləndirmə

 

 


Baxış: 9