Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/157-160

Kəmalə Əsgərova

Cənub Qaz Dəhlizi QSC

https://orcid.org/0009-0003-1643-1120

kamyaskerova@yahoo.com

 

Müasir strateji planlaşdırma yanaşması: məqsədlərin balanslaşdırılmış performans

göstəriciləri ilə uyğunlaşdırılması

 

Xülasə

 

1980-ci illərdə artan qlobal rəqabət şəraitində strateji idarəetmə təşkilatların uzunmüddətli məqsədlərini müəyyənləşdirməsi və fəaliyyətlərini bu məqsədlərə uyğun şəkildə istiqamətləndirməsi üçün həyati əhəmiyyətli bir vasitə kimi meydana çıxdı. Bu yanaşma qərar qəbulunu dəstəkləmək və təşkilati uyğunluğu təmin etmək üçün dörd əsas elementi-vizyon, missiya, strategiya və fəaliyyət kimi elementləri özündə birləşdirir. Ənənəvi strateji planlaşdırmanın əsas problemləri geniş və ümumi missiya bəyanatlarının konkret, əməli məqsədlərə və layihələrə çevrilməsində çətinliklərin olmasıdır. 

Bu problemi aradan qaldırmaq üçün Balanslaşdırılmış Performans İdarəetməsi, digər adı ilə Balanslaşdırılmış Göstəricilər Sistemi (Balanced Scorecard) strateji məqsədlərin müəyyənləşdirilməsi və izlənilməsi üçün hərtərəfli bir çərçivə təqdim edir. Bu model maliyyə göstəriciləri, müştəri məmnuniyyəti, daxili proseslər, öyrənmə və inkişaf olmaqla dörd qarşılıqlı əlaqəli ölçünü əhatə edir.

Yanaşma olaraq, təşkilatlara qısamüddətli nəticələrlə uzunmüddətli inkişaf arasında tarazlıq yaratmaq və performans sahələri üzrə səbəb-nəticə əlaqələrini qurmaq imkanı verir.

Məqalə balanslaşdırılmış performans ölçülərinin strateji planlaşdırma prosesinə daxil edilməsinin əhəmiyyətini vurğulayır və məlumatlara əsaslanan qərar qəbulunu, eləcə də davamlı təşkilati uğurun təmin edilməsini təşviq edir.

Açar sözlər: strateji idarəetmə, balanslaşdırılmış göstəricilər sistemi, strateji planlaşdırma, maliyyə göstəriciləri, performans göstəriciləri

 


Baxış: 79