Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/48/14-17

Qəmər İsayeva

Azərbaycan İdman Akademiyası

pedaqogika üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0003-0404-2662

gamar.isayeva@sport.edu.az

 

Müasir təhsil sistemində təlim prosesinin pedaqoji dizaynının didaktik xüsusiyyətləri və əsas formaları

 

Xülasə

 

Məqalədə təhsil proqramlarının, ssenarilərinin və tədris metodlarının işlənib hazırlanması və həyata keçirilməsinin sistemli prosesində pedaqoji dizayna xüsusi diqqət yetirilir. Müasir prosesin əsas didaktik xüsusiyyətləri və onların əsas səriştələrin inkişafına yönəldilməsi göstərilmişdir. İnno-vativ texnologiyaların inteqrasiyası, təlimin fərdiləşdirilməsi və diferensiallaşdırılması, eləcə də la-yihə əsaslı təlim kimi aktiv formaların istifadəsi araşdırılmışdır. Təhsil proqramlarının, dərs ssena-rilərinin, layihə tapşırıqlarının və keyslərinin yaradılması, rəqəmsal platformaların və distant texno-logiyaların istifadəsi, həmçinin multimedia və fərdiləşdirilmiş təlimdə səriştə əsaslı və fənlərarası yanaşmaların inkişafı üçün pedaqoji dizayn formalarının istifadə yolları təhlil edilmiş¬dir.

Açar sözlər: müasir təhsilin didaktikası, tədris proseslərinin dizaynı, pedaqoji dizayn forma¬la¬rı, innovativ təlim metodları, təhsil texnologiyalarının modelləri


Baxış: 381