Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/55/119-122

Aygül Novruzova

Bakı Qızlar Universiteti

magistrant

https://orcid.org/0009-0004-8996-5681 

sseyidov777@gmail.com

 

Müəllim əməyinin psixoloji xüsusiyyətləri

 

Xülasə

 

Müəllim peşəsi böyük sosial əhəmiyyətə malikdir, çünki müəllim cəmiyyətin həyatı üçün böyük məsuliyyət daşıyır. Əsas məqsədi gənc nəsli tərbiyə etmək olan pedaqoji fəaliyyət mürəkkəb və çoxcəhətli struktura malikdir. Pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin edən, müəllimin pedaqoji ustalığını şərtləndirən cəhətlərdən biri də onun bacarıq və qabiliyyətləridir. Pedaqoji fəaliyyət zamanı müəllim-şagird münasibətləri ənənəvi olaraq subyekt-obyekt deyil, subyekt-subyekt kimi fərqləndirilir. Pedaqoji işin müvəffəqiyyətini təmin edən, müəllimin pedaqoji ustalığını şərtləndirən cəhətlərdən  biri də onun pedaqoji bacarıq və qabiliyyətləridir.

Müəllim peşəsi  elə bir peşədir ki, bu peşənin sahibi hər gün sinifdə elementar mədəni normalara əməl etməyən, özünənəzarəti olmayan şagirdlərlə üz-üzə gəlir. Pedaqoqların tükənmişlik  sindromunu şərtləndirən mühüm faktor sosial-psixoloji faktorlardır. Müəllim peşəsi stressogen peşələr sırasına daxildir. Müasir dövrdə aparılan sosial-demoqrafik tədqiqatlar müəllim əməyinin gərgin və emosional fəaliyyətlər sırasına daxil edilir, müəllimlərin əksəriyyəti “pedaqoji kriz” yaşayır və buna müqavimət göstərir və bu, emosional tükənmənin inkişafına təsir göstərir. Müəllim əməyi yüksək həyəcanlılıq, frustrasiya, gərginlik doğurduğu ücün bu peşənin sahibləri emosional yanmaya daha cox məruz qalan insanları ehtiva edir.

Açar sözlər: tələbkar, pedaqoji bacarıq, qabiliyyət, şəxsi kefiyyət, humanizim

                                         


Baxış: 6