DOI: https://doi.org/10.36719/2706-6185/59/195-200
İsmayıl Məmmədov
Azərbaycan Dövlət Aqrar Universiteti
magistrant
https://orcid.org/0009-0004-9432-5806
mmmdovi910@gmail.com
Müəssisənin iqtisadi göstəricilərinin diaqnostikası
Xülasə
Bu məqalədə müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti çərçivəsində müəssisənin əldə etdiyi gəlir, xərclər o cümlədən maliyyə nəticələrinin formalaşması, bunlarla yanaşı müəssisənin maliyyə-təsərrüfatı çərçivəsində əldə olunan gəlirləri, xərcləri, maliyyə nəticələrinin təhlili və idarəetmə ilə bağlı məsələlər araşdırılır. Müəssisənin iqtisadi fəaliyyətində əsas məqsədi istehsal və xidmət fəaliyyəti vasitəsilə yüksək gəlir əldə etmək və müəssisənin təsərüfat fəaliyyətinə qoyulan xərcləri üstələyən mənfəət yaratmaqdır. Gəlirin iqtisadi mənası, növləri və sıralanması aydın şəkildə izah olunur, onun sabit və qeyri-müntəzəm xarakter daşıyan formaları müqayisə edilir. Məqalədə həmçinin mühasibat uçotu və maliyyə hesabatlarının funksiyası açıqlanır, onların müəssisənin rəhbərlik qərarlarının qəbulunda əhəmiyyəti qeyd edilir. Maliyyə nəticələrinin aşkar edilməsi, gəlir və itkilərin hesablanması, eləcə də xalis mənfəətinin əhəmiyyəti təhlil edilir. Müəssisənin fəaliyyətinin təhlilində gəlir və xərclərin düzgün bölüşdürülməsinin vacibliyi qeyd edilir. Həmçinin, auditin təşkil edilməsi, risklərin təhlili və analitik uçotun düzgün aparılması məsələlərinə də baxılır. Məqalədə müəssisənin mənfəətinin paylanılması və mənfətin bölüşdürülmə siyasətinin maliyyə sərmayəsi qərarlarına təsiri də araşdırılır. Nəticə olaraq, maliyyə göstəricilərinin analizi və düzgün idarəetmə sisteminin tətbiqi müəssisənin davamlı inkişafı üçün əsas şərt kimi göstərilir.
Açar sözlər: müəssisə, gəlir, xərclər, maliyyə hesabatı, maliyyə təhlili