Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/117/92-100

Nicat Əhədi

Azərbaycan Milli Aerokosmik Agentliyi

Doktorant

https://orcid.org/0009-0009-1450-0560

nicatehedi@gmail.com

 

Multispektral peyk təsvirləri əsasında Kəlbəcər rayonunun

yay otlaqlarında biokütlənin miqdarının hesablanması

 

Xülasə

 

Bu tədqiqat işində məqsəd, Kəlbəcər rayonunun yay otlaqlarında bitki örtüyünün vəziyyətini və otun biokütləsinin miqdarını peyk təsvirləri əsasında qiymətləndirməkdir. Araşdırmada Landsat 8-9 OLI TIRS peyk görüntülərindən istifadə edilmişdir. Vegetasiya dinamikasının təhlili üçün bitki örtüyü göstəricisi hesablanmış və onun biokütlə ilə əlaqəsi müəyyən edilmişdir. Biokütlənin hesablanması üçün bitki örtüyü göstəricilərinə əsaslanan empirik düstur tətbiq olunmuş və nəticələr CİS əsaslı proqram təminatında vizuallaşdırılmışdır.

Tədqiqat zamanı həmçinin ərazinin relyef xüsusiyyətləri də relyefin rəqəmsal modeli əsasında təhlil edilmiş, hündürlük və meyillilik kimi topoqrafik faktorlarla bitki örtüyü arasındakı əlaqələr araşdırılmışdır.

Aparılmış analizlər nəticəsində yaylaqların vegetasiya baxımından aktiv zonaları və nisbətən deqradasiyaya uğramış sahələri ayırd edilib. Bu nəticələr Kəlbəcər rayonunun yay otlaqlarının davamlı idarə olunması, otlaq yüklənməsinin tənzimlənməsi və ot örtüyünün qorunması baxımından əhəmiyyətli elmi baza rolunu oynayır.

Açar sözlər: Landsat 9 OLI TIRS peyk görüntüləri, yay otlağı, biokütlə, bitki örtüyü, relyefin rəqəmsal modeli


Baxış: 329