Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/52/30-36

Məmməd Əliyev

Naxçıvan Dövlət Universiteti

tarix üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0004-4738-1258

eliyevmemmed78@gmail.com

Zenfira Seyidova

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0009-0005-0135-5035

turalmemmedov521@gmail.com

Sevda Səfərova

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0009-0007-6141-9656

sevdaocagguliyeva@gmail.com

 

Muzeylərin sosial funksiyası və ziyarətçi cəlbetmə strategiyaları

 

Xülasə

 

Məqalədə muzeylərin müasir cəmiyyətdə sosial institut kimi rolu və ziyarətçi cəlbetmə strategiyaları təhlil olunur. Müəlliflər qeyd edirlər ki, muzeylər artıq yalnız eksponatların qorunduğu məkan deyil, həm də maarifləndirmə, mədəni irsin təbliği, sosial inteqrasiya və turizmin inkişafına xidmət edən ictimai platformalardır. Onların təhsil, elmi-tədqiqat, rekreasiya və iqtisadi funksiyaları geniş sosial təsir yaradır. Ziyarətçi cəlbetmə istiqamətində isə rəqəmsal marketinq, sosial media, interaktiv ekspozisiyalar, tematik sərgilər, “Muzey gecəsi” kimi tədbirlər və brendinq strategiyalarının əhəmiyyəti vurğulanır. Müəlliflər Azərbaycanın Xalça Muzeyi nümunəsində uğurlu təcrübələri göstərərək, muzeylərin cəmiyyətlə dialoq, inklüzivlik və innovativ texnologiyalara əsaslanan fəaliyyətinin vacibliyini də qeyd edirlər. Nəticədə, muzeylərin sosial funksiyası ilə ziyarətçi cəlbetmə siyasəti qarşılıqlı əlaqədə olub, cəmiyyətin mədəni inkişafına və davamlı sosial tərəqqiyə töhfə verir.

Açar sözlər: muzey, sosial funksiya, ziyarətçi, inklüzivlik, maarifləndirmə, rəqəmsal strategiya

 


Baxış: 16