Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/168-175

Raifə Salmanova

Naxçıvan Dövlət Universiteti

biologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0001-4840-734X

raifasalmanova@ndu.edu.az

Nuray Mehdiyeva

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0009-0002-4380-0721

nuraymehdiyeva126@gmail.com

 

Naxçıvan MR ərazisində yayılan bəzi yemişan növlərinin bioekoloji xüsusiyyətləri və istifadəsi

 

Xülasə

 

Məqalədə Naxçıvan MR ərazisində yayılan Gülçiçəklilər fəsiləsinin Yemişan cinsinə daxil olan bəzi növlərin bioekoloji xüsusiyyətləri, kimyəvi tərkibi və istifadə istiqamətləri haqqında məlumat verilir. Bu növlərin botaniki xüsusiyyətləri öyrənilmiş, istifadə istiqamətləri müəyyən edilmişdir. Təqiq olunan iki növün təbii ehtiyatı öyrənilib, cədvəl şəklində göstərilmişdir.

Bitkilərin ekoloji qruplara ayrılması onların müxtəlif həyat şəraitində yayıldığı, buradakı yaşayış məskənlərinin müasir vəziyyətini, hər bir növün normal boy atması, inkişaf etməsini, həmçinin onların formalaşdırdığı bitki xüsusiyyətlərini, tərtib və quruluşunu qruplaşmalarını qiymətləndirməyə imkan yaradır. Mühitin faktorları mövsümü və həftəlik dəyişikliklərə məruz qalır, daha doğrusu bitkilərin yaşayışını təmin edən, bunun üçün zəruri olan işıq, istilik, rütubət atmosferdə karbon qazının miqdarı, torpağın aeposiyası, qida maddələrinin miqdarı və s. dəyişikliklər bu bitkilərdə dəyişilmələrə səbəb olur.

Açar sözlər: yemişan, qanqırmızı yemişan, meyer, beşyuvalı, əyri yumurtalıqlı


Baxış: 72